. Love.az

Qvatemala Seheri - Wikipedia - Love.az

Ana Səhifə - Qvatemala Seheri

Qvatemala (isp. La Nueva Guatemala de la Asunción, Ciudad de Guatemala) — Qvatemalanın paytaxtı, həmçinin Mərkəzi Amerikanın ən böyük şəhəri. Şəhər mərkəzindən 3 kilometr məsafədə Beynəlxalq La Aurora Aeroportu yerləşir. Şəhərin bütün departamentlərin mərkəzləri və qonşu dövlətlərin paytaxtları ilə avtobus əlaqəsi vardır.

Qvatemala
Ciudad de Guatemala
Bayraq Gerb
Bayraq Gerb
14°38′30″ şm. e. 90°30′48″ q. u.HGYO
Ölkə
  •  Qvatemala[2]
Tarixi və coğrafiyası
Əsası qoyulub 25 iyul 1524[1]
İlk məlumat 1524
Sahəsi
  • 692 km²
Mərkəzin hündürlüyü 1.500 ± 1 m
Saat qurşağı
  • UTC−06:00
Əhalisi
Əhalisi
  • 1.213.651 nəf. (2022)
Rəsmi dili
  • ispan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1001–1073
Digər
muniguate.com
Xəritəni göstər/gizlə
Qvatemala xəritədə
Qvatemala
Qvatemala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Əhalisi
  • 2 Dil
  • 3 Din
  • 4 Təhsil
  • 5 İstinadlar

Əhalisi

redaktə

Qvatemala şəhərində 1 milyondan çox əhali yaşayır (şəhərətrafı qəsəbələrdə  2,5 milyon əhali var. Milli tərkibə görə mayyaların törəmələri olan hindulara (40 %), metis-ladinolara və Avropa əsilli xalqların nümayəndələrinə bölünür, (əsasən ispanlar).

Dil

redaktə

Rəsmi dil ispan dilidr, Həmçinin paytaxtda 25 yerli dil nümayəndələri var. Onlardan 23-ü mayya dilləri, Karib zəncilərinin dili olan qarifuna və şinka dili.

Din

redaktə

Əsas kütlə katolik dininə (60 %) və protestantlığa sitayiş edir, Həmçinin şəhərdə sinaqoq, məscid və pravoslav kilsəsi vardır.

Təhsil

redaktə

Qvatemala şəhərində 11 universitet vardır (1 Milli və 10 özəl universitet). Bundan başqa İspaniya, Meksika və ABŞ universitetlərinin şəhərdə nümayəndəlikləri vardır (magistratura səviyyəsində).

İstinadlar

redaktə
  1. ↑ Se conmemora primera fundación de la ciudad de Guatemala.
  2. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qvatemala_(şəhər)&oldid=7365299"
LOVE.AZ