. Love.az

Qvelfler Ve Gibellinler - Wikipedia - Love.az

Ana Səhifə - Qvelfler Ve Gibellinler

Qvelflər — XII–XVI əsrlərdə İtaliyada Müqəddəs Roma imperiyası imperatorlarının öz ağalığını Appenin yarımadasında bərqərar etmək cəhdlərinə etiraz edən siyasi qruplaşma. Tacir-sənətkar təbəqələrindən olan qvelflər imperator tərəfdarları olan gibellinlərlə mübarizə aparırdılar.

Gibellinlər — 12–13-cü əsrlərdə qvelflərlə münaqişədə olan siyasi qruplaşma. Əsasən zadəganlardan ibarət olan gibellinlər imperator tərəfdarları idilər. Gibellin sözü Müqəddəs Roma imperiyasında hakim sülalə olan Hohenştafuenlərə (?-1268) məxsus Haubelinq qalasının (alm. Weiblingen) adından götürülmüşdür.

İtaliya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qvelflər_və_gibellinlər&oldid=7542292"
LOVE.AZ