. Love.az

Rovsen Ismayilov - Wikipedia - Love.az

Ana Səhifə - Rovsen Ismayilov
Rövşən İsmayılov
Rövşən Rəhim oğlu İsmayılov
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Vəzifədədir
22 iyun 2010-cu ildən
Şəxsi məlumatlar
Doğum tarixi 8 may 1971-ci il
Doğum yeri Bakı, Azərbaycan SSR
Təhsili BDU, Odessa hüquq Akademiyası, İndiana Universiteti

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 20182018
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 20242024

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltiflər
  • 3 Qeydlər
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

1971-ci il mayın 8-də Bakı şəhərində anadan olmuşdur.

1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim, 2006-cı ildən dosentdir.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olmuşdur.

2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi işinin mövzusu “Azərbaycan Vətəndaşlıq İnstitutu” olmuşdur[1].

1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olmuşdur.

1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllimi işləmişdir.

2002-ci ildə (fevral-iyun) ABŞ-nin İndiana Universitetində elmi məzuniyyətdə olmuşdur.

2005-ci ildə (yanvar-avqust) Fulbrayt proqramı üzrə ABŞ-nin İndiana Universitetində elmi tədqiqat aparmışdır.

2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunmuşdur.

2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olmuşdur.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur[2][3]. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.

Təltiflər

redaktə
  • “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı (27 may 2019-cu il)
  • Azərbaycanın əməkdar hüquqşünası (10 iyul 2018-ci il)
  • “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı (02 fevral 2024-cü il)

Qeydlər

redaktə

İstinadlar

redaktə
  1. ↑ Институт гражданства Азербайджанской Республики : : автореферат дис. ... кандидата юридических наук : 12.00.02 - Исмаилов, Ровшан Рагим оглы. 2000.
  2. ↑ "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında". e-qanun.az (az.). 2010-06-22. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  3. ↑ "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında". www.anl.az. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.

Xarici keçidlər

redaktə
  • Azərbaycan Konstitusiya Məhkəməsinin saytında profil
  • Venesiya Komissiyasının saytında profil (ing.)
  • İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın saytında tərcümeyi-halı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rövşən_İsmayılov&oldid=7986089"
LOVE.AZ