. Love.az

Rovsen Eliyev Prokuror - Wikipedia - Love.az

Ana Səhifə - Rovsen Eliyev Prokuror

Rövşən Ədalət oğlu Əliyev (1955, Ağstafa rayonu – 12 mart 2002, Bakı) — Azərbaycan hüquqşünası, kriminalist, Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru (1992–1993).

Rövşən Əliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru
21 iyul 1992 – 9 noyabr 1993
Baş prokurorİxtiyar Şirin
Əli Ömərov
Əvvəlkivəzifə təsis edilib
SonrakıNizami Təhməzov
Şəxsi məlumatlar
Doğum tarixi 1955
Doğum yeri
  • Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 12 mart 2002(2002-03-12)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (1972–1977)

Həyatı

redaktə

1972-ci ildə orta təhsilini Ağstafada başa vuran Rövşən elə həmin il Azərbaycan Dövlət Unverstitetinin Hüquq fakültəsinə qəbul olur və 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib Bakı Şəhər Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayır. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, respublika prokurorluqlarında istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini olmuşdur. 1992-ci ildə isə Azərbaycan Respublikası Baş Prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifəsinə təyin edilmişdir.[1] 9 noyabr 1993-cü ildə isə vəzifəsindən azad olunmuşdur.[2]

R. Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir.

Rövşən Əliyev 2002-ci ilin 13 martında Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmişdir.[3] Bakıda dəfn olunub.

İstinadlar

redaktə
  1. ↑ "R. Ə. Əliyevin Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının hərbi prokuroru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 1992-07-21. İstifadə tarixi: 2025-05-19.
  2. ↑ "R. Ə. Əliyevin Azərbaycan Respublikası Baş prokurorunun müavini—Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsindən azad olunmasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı". e-qanun.az. 1993-11-09. İstifadə tarixi: 2025-05-19.
  3. ↑ "Məhkəmədə Rövşən Əliyevin həyat yoldaşı ifadə verərkən Hacı Məmmədovun halı pisləşib". Trend İnformasiya Agentliyi. 2006-10-31. İstifadə tarixi: 2025-05-19.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rövşən_Əliyev_(prokuror)&oldid=8140275"
LOVE.AZ