. Love.az

Rovsen Behcet - Wikipedia - Love.az

Ana Səhifə - Rovsen Behcet

Rövşən Behcət (13 mart 1945 – 19 avqust 2011) — xanəndə, 1969–1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına "Göy göl" mahnı və rəqs ansamblının solisti.[1]

Rövşən Behcət
Fayl:Rövşən Behcət.jpg
Doğum tarixi 13 mart 1945
Doğum yeri Təbriz, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 19 avqust 2011 (66 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti müğənni

Həyatı

redaktə

Rövşən Behcət 1945-ci ildə Cənubi Azərbaycanda dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. Rövşən Behcət 1969-cu ildən 1993-cü ilədək "Göy göl" xalq çalğı alətləri ansamblında çalışıb. 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb.[2] Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. "Qızıl fond"da saxlanılır.

Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən "Yorulmamışam" filmini ekranlaşdırıb.

Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci ilin avqust ayının 19-da vəfat edib.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycanın tanınmış xanəndəsi son mənzilə yola salındı[ölü keçid]
  2. ↑ "Rövşən Behcət əcəlini keçən ildən gözləyirmiş". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-21.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rövşən_Behcət&oldid=8000227"
LOVE.AZ