Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Rövşən Hümbətəliyev (tam adı:Rövşən Zülfüqar oğlu Hümbətəliyev; 6 noyabr 1970, Qubadlı) — azərbaycanlı alim.
Rövşən Hümbətəliyev | |
---|---|
Rövşən Zülfüqar oğlu Hümbətəliye | |
![]() | |
Doğum tarixi | (54 yaş) |
Doğum yeri | Aşağı Mollu, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahələri | riyaziyyat üzrə elmlər doktoru, professor |
Elmi dərəcəsi | riyaziyyat üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri |
Azərbaycan Dövlət Dəniz Akademiyası |
Təhsili | Bakı Dövlət Universiteti, Odessa Milli Rabitə Akademiyası |
Hümbətəliyev Rövşən Zülfüqar oğlu 1970-ci il noyabrın 6-da füsünkar təbiəti və tarixi şəxsiyyətləri ilə tanınan Zəngəzur mahalının Qubadlı rayonunun Aşağı Mollu kəndində fəhlə ailəsində anadan olub.
Orta təhsilinə doğma kəndində başlayan Rövşən 1978-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Sumqayıt şəhərində davam etdirmiş və 1987-ci ildə Sumqayıt şəhər 12 saylı məktəbi fərqlənmə atestatı ilə bitirmişdir.
Böyük arzular sorağı ilə böyüyən gənc ali təhsil almaq üçün Sankt-Peterburq (Leninqrad) şəhərini seçir. 1987–1990-cı illərdə V. İ. Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun elektrofizika fakültəsində təhsil alır.
1990-cı ildən Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsilini davam etdirir, 1996-cı ildə oranı "riyaziyyatçı, riyaziyyat müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirir. Elə həmin il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz ixtisası üzrə əyani aspiranturasına qəbul olmuş, görkəmli riyaziyyatçı alim, elmdə özünün xüsusi dəst xətti olan, professor, respublikanını əməkdar müəllimi, Ukrayna Milli Elimlər Akademiyasının təsis etdiyi Boqolyubov gümüş medalçısı S. S. Mirzəyevin rəhbərliyi altında 2000-ci ildə "Bir sinif operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin həlli haqqında" mövzusunda namizədlik disser-tasiyası işini müdafiə edərək fizika-riyaziyyat elimləri namizədi alimlik dərəcəsini almışdır.
2000–2002-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Funksional analiz" şöbəsində elmi işçi, 2002–2004-cü illərdə böyük elmi işçi, 2004–2012-ci illərdə isə həmin şöbədə aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2004-cü ildə Riyazi analiz ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür. Gənc alim öz elmi axtarışlarına ara vermədən 2013-cü ildə professor S. S. Mirzəyevin elmi məsləhətçisi olduğu, AMEA-nın akademiki Y. Ə. Məmmədovun və Rusiya Elimlər Akademiyasının müxbir-üzvü A. V. İliyinin openenti olduğu Diferensial tənliklər ixtisası üzrə "Yüksəktərtibli operator-diferen-sial tənliklər və bəzi spektral məsələlər" adlı doktorluq dissertasiyasiya işini müvəffə-qiyyətlə müdafiə edərək riyaziyyat üzrə elimlər doktoru adına layiq görülmüşdür.
O, dəfələrlə xaricdə (Rusiyada, Türkiyədə, Ukraynada və Polşada) və respublikada keçirilən Beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, 96 məqalənin (o cümlədən 36-sı xaricdə nüfuzlu jurnallarda), iki monoqraf-iyanın (o cümlədən biri Rusiya Elimlər Akademiyasının "Nauka" nəşriy-yatında), universitetlər üçün 24 dərslik və yeddi dərs proqramının müəllifidir. Bir çox beynəlxalq nüfuzlu jurnallarda çap edilən məqalələrdə alimin aldığı elmi nəticələrə istinadlar var. 2012-ci ilin mart ayından gənc alim elmi axtarışları ilə yanaşı pedaqoji fəaliyyətə başlayır. O ilk olaraq Azərbaycan Kooperasiya Universitetinin "Tətbiqi riyaziyyat" kafedrasında dosent, 2014-cü ilin noyabr ayından isə professor vəzifəsində işləmişdir. 2016-cı ilin oktyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professoru Cəfər Cəfərovun dəvəti ilə "Hesablama riyaziyyatı və informatika" kafedrasında dosent vəzifəsində işləməyə başlayır. O, 2017-ci ilin mayın 31-də həmin kafedraya müdir və eyni zamanda FD 02.601 müdafiə şurasının elmi katibi vəzifəsinə təyin edilmişdir. Gənc alim öz elmi biliklərini gənc nəslə öyrədir və magistirlərə müvəffəqiyyətlə rəhbərlik edir.
Qeyd edək ki, Rövşən müəllimin elmi tədqiqatları nəinki respublikamızda, eyni zamanda xaricdə yüksək qiymətləndirilir. Qısa müddətdə pedaqoji fəaliyyət göstərməsinə baxmayaraq, artıq o xaricdə fəaliyyət göstərən elmi və pedaqoji akademiyaların diqqətini özünə cəlb etmişdir. Belə ki, onu 2015-ci ilin may ayında mərkəzi Moskvada yerləşən Beynəlxalq Pedaqoji Elimlər Akademiyasının müxbir-üzvi, noyabr ayından Nyu York Elimlər Akademiyasının həqiqi üzvü, 2016-cı ilin iyul ayından Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir-üzvi seçiblər.
Rövşən müəllimin aldığı nəticələr Avropa Elminin İnkişaf Mərkəzinin də diqqətini cəlb etmişdir.
2016-cı ilin sentyabr ayında Rusiya Federasiyasının Soçi şəhərində keçirilən beynəlxalq konfransda Avropa Elmin İnkişaf Mərkəzinin riyaziyyat sahəsində aldığı elmi nəticələrə görə təsis etdiyi "M. V. Lomonosov" adına, pedaqoji sahədə "K. Uşinski" qızıl medallarına layiq görmüşdür.
Həmin konfransda Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən elm və maariflənməyə xidmətə görə "Yekaterina Velikaya" ordeninə və Rusiyanın "Əməkdar elm və texnika xadimi" adına layiq görülmüşdür. Həmin ilin noyabr ayında Rövşən müəllimin həm İKT sahəsində, həm də riyaziyyatın tətbiqləri dair aldığı nəticələrə görə Avropa Elmin İnkişaf Mərkəzinin təsis etdiyi "Avropada keyfiyyət", "İsaak Nyuton" və "Vilhelim Leybnis" qızıl medallarına, Rusiya Təbiətşünaslıq Akademiyasının elmi qələbə və nailiyyətlərə görə "Aleksandr Velikiy" ordeninə və "Təhsildə novatorluq" qızıl medalına layiq görülmüşdür.
2017-ci ildə aparılan elmi arşdırmalarının tətbiq xarakterini nəzərə alaraq Avropa Elm Mərkəzi R. Z. Hümbətəliyevi "Alfred Nobel" qızıl medalına layiq görmüşdür.
. Elə həmin il gənc istedad Böyük Britaniya, Şotlandiya və Beynəlxalq Təbiətşünaslıq Akademiya-larının və Rusiya İnformatika Tədrisi Akademiyasının həqiqi üzvü seçilmişdir. 2017-ci ildə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Kütləvi İnfotrmasiya vasitələrinin həmkarlar komitəsi tərəfindən təsis edilmiş "İlin alimi" adına layiq görülmüş və qızıl medal ilə təltif olunmuşdur. Əldə etdiyi müvəffəqiyyətlərə baxmayaraq, gənc istedad öz elmi və pedaqoji fəaliyyətini davam etdirir, aldığı elmi nəticələri respublikadan kənarda nüfuzlu jurnal-larda çap etdirir, beynəlxalq konfrans və simpoziumlarda respublikamızı müvəffə-qiyyətlə təmsil edir.
ADPU-nun həyatındakı, elm sahəsindəki səmərəli fəaliyyətinə görə "SADİQ HEYDƏRÇİ" mükafatına layiq görülmüşdür.
R. Z. Hümbətəliyev 2003-cü ildən Yeni Azərbaycan Parti-yasının üzvüdür.
2013-cü ildən Beynəlxalq "Caspian Journal of Aplied Mathematics, Economics and Ecology", 2017-ci ildən "Təh-sildə İKT", 2018-ci ildən Azərbaycan Təhsil İnstitutunun "Elmi Əsərləri" jurnallarının redaksiya heyətinin üzvüdir.
Ailəlidir. Üç övladı var.
1996-cı ildə BDU – nun Mexanika – Riyaziyyat fakültəsini bitirib. 2000-ci ildə namizədlik dissertasiyası müdafiə edərək (01.01.01 – Riyazi analiz ixtisası üzrə) fizika-riyaziyyat elmləri namizədi adını alıb. 2004-cü ildən dosentdir. 2013-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək (1211.02 – Diferensial tənliklər ixtisası üzrə) riyaziyyat üzrə elmlər doktoru adını alıb.
1990 – 1991-ci illərdə Abşeron RRQ-də elektromexanik Electricians 1991 – 1992-ci illərdə Xızı RRQ-də mühəndis 1992 – 1995-ci illərdə AzTU – nun Fizika kafedrasında laborant 1995 – 1996-cı illərdə AMEA RMİ-nin Funksional analiz şöbəsində böyük laborant 1997 – 2000-ci illərdə AMEA RMİ-nin əyani aspirantı 2000 – 2004-cü illərdə AMEA RMİ-nin Funksional analiz şöbəsində böyük elmi işçisi 2004 – 2012-ci illərdə AMEA RMİ-nin Funksional analiz şöbəsində aparıcı elmi işçisi 2012 – 2016-cı illərdə AKU – nun Tətbiqi riyaziyyat kafedrasında dosent, sonra professor 2016 – 2017-ci illərdə ADPU – nun Hesablama riyaziyyatı və informatika kafedrasında dosent 2017-ci ildən ADPU – nun Hesablama riyaziyyatı və informatika kafedrasının müdiri
Operator-diferensial tənliklər və onlar üçün qoyulmuş sərhəd məsələlərinin çəkili və çəkisiz fəzalarda həlli
2014-cü ildən "Caspian Journal Applied Mathematics, Economy and Ecoloqy" 2017-ci ildən "Təhsildə İKT" 2018-ci ildə Təhsil İnstitutunun "Elmi Əsərləri"
2015-ci ildə Beynəlxalq Elmi Pedaqoji Təhsil Akademiyasına müxbir üzv seçilib 2015-ci ildə Nyu York Elimlər Akademiyasına həqiqi üzv seçilib 2016-cı ildə Rusiya Təbiətşünaslıq Akademiyasına müxbir-üzv seçilib 2016-cı ildə Beynəlxalq Təbiətşünaslıq Akademiyasına həqiqi üzv seçilib 2016-cı ildə Avropa Təbiətşünaslıq Akademiyasının Şotlandiya bölməsinin həqiqi üzvü seçilib 2016-cı ildə Avropa Təbiətşünaslıq Akademiyasının Böyük Britaniya bölməsinin həqiqi üzvü seçilib 2017-ci ildə Rusiya İnformatika Təhsili Akademiyasının həqiqi üzvü seçilib
Dərslik və dərs vəsaitləri