Rövşən Hətəmov (29 dekabr 1966, Neftçala) — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasının dosenti.
Rövşən Hətəmov | |
---|---|
Rövşən Qabil oğlu Hətəmov | |
![]() | |
Doğum tarixi | (58 yaş) |
Doğum yeri |
Neftçala, ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Bakı Dövlət Universiteti, Leninqrad Dövlət Universiteti |
Mükafatları |
![]() ![]() |
Hətəmov Rövşən Qabil oğlu 1966-cı il dekabrın 29-da Neftçala şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin ( hal-hazırda BDU) Tarix fakültəsinə qəbul olunmuşdur. 1987-ci ildə Universitetin və Azərbaycan SSR Xalq Təhsili nazirliyinin məqsədli göndərişi ilə təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin Tarix fakültəsinə göndərilmişdir. 1990-cı ildə həmin Universitetin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə «Almaniya-Osmanlı münasibətlərində Azərbaycan amili (1917-1918-ci illər)» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.[1]
1990-cı ildə BDU-nun Tarix fakültəsində “Tarixi tədqiqatlarda EHM və riyazi üsulların tətbiqi” Elmi-tədqiqat laboratoriyasında baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1991-1992-ci illərdə “Azərbaycan maddi-mədəniyyət tarixi” ETL-nə elmi işçi vəzifəsində çalışmışdır.1992-ci ildə “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasında baş laborant vəzifəsinə qəbul olmuşdur. 1993-1995-ci illərdə həmin kafedrada assistent, 1995-1996-cı illərdə müəllim, 1996-2007-ci illərdə baş müəllim, 2007-2013-cü illərdə isə dosent əvəzi vəzifələrində çalışmışdır. Hal-hazırda həmin kafedrada dosent vəzifəsində çalışır. Təhsilin bakalavriat pilləsində «Avropa tarixi (yeni dövr)», “Amerikanın tarixi (yeni dövr)”, «Kanada tarixi», magistratura pilləsində isə “Kanadanın xarici siyasəti (1867–2012)” fənlərini tədris edir. 70-dən çox elmi məqalə, dərslik, dərs vəsaiti və metodik vəsaitin müəllifidir.
Tədqiqat sahəsinə XVIII əsr Fransa inqilabı müasirlərinin memuarlarında; Birinci Dünya müharibəsi illərində Almaniya və Osmanlı dövlətlərinin Qafqaz siyasətləri; XVII-XIX əsrlərdə İngiltərə, Fransa, Prussiya və Avstriya monarxiyaları, ABŞ-ın yaranması, onun yeni dövr tarixi; İkinci Dünya müharibəsi illərində Qafqazın müdafiəsi kimi mövzular aiddir.