Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 2 gün əvvəl Patriot Kor (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Rüfət Əhmədzadə (25 mart 1933, Bakı – 15 dekabr 1988, Bakı) — Azərbaycan yazıçısı, satirik şair,[1] ssenari müəllifi, jurnalist.[2][3]
Rüfət Əhmədzadə | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Mirvari Əhmədzadə |
Uşaqları | Zülfüqar Rüfətoğlu, Vüqar Əhmədzadə,Rəşad Əhmədzadə |
Atası | Zülfüqar Əhmədzadə |
Təhsili | ali (ADU) |
İxtisası | jurnalist |
Fəaliyyəti | yazıçı, şair, jurnalist |
Fəaliyyət illəri | 1950-1988 |
Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olub.[4] Atası Zülfüqar Əhmədzadə[5] xalq düşməni kimi həbs edilib və ailə Azərbaycanın Balakən rayonuna köçüb. Əmək fəaliyyəti də erkən yaşlarında Balakəndə başlayıb. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışıb.
Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışıb və mətbuatda müxtəlif şerləri ilə çıxış edib.
"Kirpi" satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışır.
Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.
SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.
11 kitab, 4 musiqili komediya ("Sizin ilə, gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", "Hələlik"), 3 televiziya tamaşası ("Sonuncu məhəbbət", "Gülüş sanatoriyası", "Şirbalanın məhəbbəti") və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şerlərinə bəstələnmişdir. Sonuncu "Sizin ilə gülə-gülə" kitabı 2012-ci ildə dərc olunub.
Emin Sabitoğlunun bəstələdiyi "Sıravi Əhməd", Zeynəb Xanlarovanın ifasında məşhurlaşan "Necəsən?" kimi mahnıların sözlərinin müəllifidir.