Rüfət Vaqif oğlu Elçiyev (28 sentyabr 1983, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsinin direktoru.
Rüfət Elçiyev | |
---|---|
"ABAD" publik hüquqi şəxsinin direktoru | |
Vəzifədədir | |
oktyabr 2016-cı ildən | |
Əvvəlki | vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (41 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
|
|
Təltifləri |
![]() ![]() ![]() |
Rüfət Vaqif oğlu Elçiyev 28 sentyabr 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə, Bakı Türk Anadolu Liseyi və Həbib Bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-humanitar Liseydə almış, 2001–2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr, 2006–2009-cu illərdə isə həmin fakültədə magistr dərəcəsi üzrə təhsil almışdır.
2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.[1]
Rus, ingilis və türk dillərini bilir. Ailəlidir, iki övladı var.[1]
Rüfət Elçiyev müxtəlif dövrlərdə tibb və tikinti şirkətlərində maliyyə yönümlü vəzifələri icra etmişdir. O, 2005–2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində böyük inspektor, Gömrük vergi və yığımları şöbəsinin rəisi və (gömrük xidməti polkovnik-leytenantı rütbəsində) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini vəzifələrində işləmişdir.[1]
Rüfət Elçiyev 2016-cı ilin oktyabr ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsinin direktorudur.[1]
Onun rəhbərliyi altında ABAD-ın 2017-ci ildəki 300 min manatlıq satış göstəricisi 2023-cü ildə 2 milyon 700 min manatı ötüb. Bunun nəticəsində, ABAD-ın ümumi dövriyyəsi 11 milyon 200 min manatı keçib və bu məbləğin 9 milyon 500 manatı ABAD-çıların gəlirini təşkil edir.[2] O, müxtəlif ailə təsərrüfatlarının, bizneslərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində dəstək mexanizmlərinin formalaşdırılmasına rəhbərlik edib.[3] Qurum pilot mərhələsində 7 ailə biznesini dəstəkləməklə işə başlasa da, 2024-cü ildə dəstəklənən ailə biznesinin sayı 600-ü keçib.[4]
2024-cü ilin aprel ayında "ABAD”çıların sayı 600-ü ötüb.[5]