Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (5 fevral 1939, Bakı[3] – 10 mart 2022[2], Moskva) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998). Rüstəm İbrahimbəyov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır. Demokratik Qüvvələrin Milli Şurasının əvvəlcə sədri, ardınca da fəxri sədri (2013); Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi.
Rüstəm İbrahimbəyov | |
---|---|
![]() | |
1981 – 10 mart 2022 | |
Əvvəlki | Həsən Seyidbəyli |
Sonrakı | Rasim Balayev |
7 iyun 2013 – 3 dekabr 2013 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Cəmil Həsənli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 fevral 1939(1939-02-05) |
Doğum yeri | |
Vəfat tarixi | 10 mart 2022(2022-03-10)[2] (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, ssenarist, kinorejissor, film prodüseri, dramaturq, kinematoqraf, nasir, siyasətçi, hekayə yazıçısı[d] |
Atası | Məmməd İbrahim İbrahimbəyov |
Anası | Fatimə Məşədibəyova |
Həyat yoldaşı | Şöhrət Salman qızı İbrahimbəyova[1] |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
![]() |
Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir.[4] Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir.
1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyniadlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.
7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilmişdir. 2 iyul 2013-cü il tarixindən Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilmişdir[5], lakin 27 avqust 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilmişdir.[6] 3 dekabr 2013-cü ildə Cəmil Həsənli MŞ-nin sədri, Rüstəm İbrahimbəyov isə fəxri sədri seçilib.[7]
Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdir.[8] 13 mart 2022-ci ildə sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmiş və 16 martda nəşi Bakıya gətirilmişdir.[9] Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[10][11]
İlk həyat yoldaşı Şöhrət İbrahimbəyovadan 1972-ci ildə rejissor Fuad İbrahimbəyov dünyaya gəlmişdir.
İkinci həyat yoldaşı xalq artisiti Lyudmila Duxovnayadan 1974-cü ildə rejissor Fatimə İbrahimbəyova dünyaya gəlmişdir.[12]
Oğlu - Fərhad İbrahimbəyov (2005-ci il təvəllüdlü), anası - Əfəndiyeva Lalə Kamil qızı, Dünya Kinosunun 100 illiyi Fondunun Azərbaycanda direktoru.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |