Rüstəm Batmanqılıc (fars. رستم باتمانقلیج; 28 noyabr 1983[1], Vaşinqton[2]) — Fars əsilli amerikalı müğənni, prodüser, musiqiçi, bəstəkar.[4][5][6] Vampire Weekend qrupunun yaradıcı üzvüdür. Stereogum onu dövrün ən yaxşı pop, indi-rok prodüserlərindən biri adlandırıb.[7] Rüstəm həmçinin solo sənətçi kimi fəaliyyət göstərir, bununla yanaşı elektro-soul qrupu Discovery-nin üzvüdür. O, 27 yaşında olarkən Vampire Weekend-in bir nömrəli albomu "Contra"nı hazırladı.[8]
Rüstəm Batmanqılıc | |
---|---|
ing. Rostam Batmanglij | |
![]() Batmanqılıc 2009-cu ildə | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 28 noyabr 1983(1983-11-28)[1] (41 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | mahnı yazarı[d], musiqiçi, musiqi prodüseri, bəstəkar |
Janr | art-rok |
Musiqi alətləri | klavişli alət[d], gitara[3] |
Albom şirkəti | XL Recordings[d] |
officialrostam.com |
Rüstəm Batmanqılıc 28 noyabr 1983-cü ildə ABŞ-nin Vaşinqton şəhərində İranlı ailədə anadan olub.[9] Anası Nəcmiyə Batmanqılıc yemək kitabı müəllifi, atası isə naşirdir. Valideynləri 1983-cü ildə Vaşinqtona köçüblər. Qardaşı Zal Batmanqılıc müstəqil filmmeykerdir.[10] O, qardaşı ilə "Sound of My Voice" filmi üzərində birlikdə çalışdı, Rüstəm mahnı bəstələdi qardaşı isə rejissorluq etdi.
Albomları
Vampire Weekend ilə
Prodüseri olduğu albomlar