Rüstəm Paşa karvansarası — Ədirnədə XVI əsrə aid karvansara. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşanın sifarişi ilə Memar Sinan tərəfindən şəhər mərkəzində inşa olunmuşdur.[1][2][3]
Şəhər mərkəzində yerləşən karvansara 1560–1561 tarixlərində inşa edilmişdir. İnşaatında kərpic və kəsmə daşlardan istifadə edilmiş karvansaranın ön cəbhəsində isə 21 dükan və 2 qapı yerləşir.[4][5][6][7]
İkimərtəbəli olan karvansara 2 hissədən ibarətdir. Önündəki meydanı nisbətən böyük olan sol tərəfdəki hissə Memar Sinan tərəfindən inşa olunmuşdur. İki meydan arasındaki keçidlə bir-birinə bağlanan karvansaranın daxilində köşk formasında bir məscidi də olmuş ancaq bu məscid 1877–1878 Osmanlı-Rus müharibəsi əsnasında dağıdılmışdır.[8][9][10][11]