. Love.az

Rustem Rustemov Alim - Wikipedia - Love.az

Ana Səhifə - Rustem Rustemov Alim
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Rüstəm Rüstəmov.

Rüstəm Şamil oğlu Rüstəmov – tibb elmləri doktoru, professor.

Rüstəm Rüstəmov
Doğum tarixi 5 aprel 1947
Doğum yeri Sarıcalı, Ağcabədi, Azərbaycan SSR
Vəfat tarixi 28 sentyabr 2015 (68 yaşında)
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Təhsili
  • Azərbaycan Tibb Universiteti
rustemrustemov.az

Həyatı

redaktə

5 aprel 1947-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Respublika Klinik Xəstəxanasında həkim-Hematoloq kimi əmək fəaliyyətinə başlamışdır. 1975–1977-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda hematologiya kafedrasında çalışmışdır.

1979-cu ildən Azərbaycan ET Hematologiya və Transfuziologiya İnstitutunda laboratoriya müdiri, hematoloji klinikanın rəhbəri və 1994-cü ildən bu günə kimi həmin İnstitutda elmi işlər üzrə direktor müavinidir.

1974-cü ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları (Moskva) müdafiə etmişdir. Yaxın və uzaq xaricdə 130 elmi əsəri, 4 monoqrafiyası çap olunmuş, o cümlədən rəhbərliyi altında 10-a yaxın namizədlik və doktorluq dissertasiyaları hazırlanıb müdafiə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK expert şurasının üzvüdür.

Əsərləri

redaktə
  • "İnsan qəlbinin anatomiyası". "Aypara", 2009.
  • "Məhəbbətin sirri" "Bakı", 2014
  • "İnsanın həyatı tək bir hüceyrədən başlayır"
  • "Tibbi Genetika " "Bakı", 2013
  • "Genetika terminləri lüğəti"
  • " Talasemiyalı xəstələrdə posttransfuzion B və C virusu hepatiti"
  • "Din və globallaşma proseslərinin qarşılıqlı əlaqəsi"
  • " Возможные патологические механизмы возникновения,развития и сохранения пресловутого "армянского вопроса""
  • "İrsiyyətin sitoloji və molekulyar əsasları"
  • "İndex(predmet göstəricisi)"

Mənbə

redaktə
  • Rafiq Əsgərov. Bütöv Azərbaycan qəzeti. 6 oktyabr 2010-cu il. № 38. ("İnsan qəlbinin möcüzələri" məqaləsi).
  • http://rustemrustemov.az/[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rüstəm_Rüstəmov_(həkim)&oldid=7985530"
LOVE.AZ