. Love.az

Rustembeyovlar - Wikipedia - Love.az

Ana Səhifə - Rustembeyovlar

Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Rüstəmbəyovlar
Titul Bəy
Əcdadı Qasım bəy Kəbirli
Qohum soylar Şirinbəyovlar , Mehmandarovlar
Mənşəyi Qarabağ, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Əfətli

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun məşhur nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Soyun yaranması

redaktə

Şuşa şəhərində dörd ailə vardı ki, bunlar Rüstəmbəyov soyadını daşıyırdılar. Bu Rüstəmbəyovlar bir-biriləri ilə sümük qohumu deyildilər. Bu soyun ulu babası Rüstəm bəy Kəbirlidir. Rüstəm bəy Kəbirli elinin Əfətli obasında dövran sürmüşdü. Rüstəm bəyin Qasım bəy adlı oğlu vardı. Qasım bəy Kəbirli mahalının Əfətli obasında anadan olmuşdu. Qasım bəyin Gülməmməd bəy, Şirin bəy, Kazım bəy, Məhəmməd bəy, İskəndər bəy, İsfəndiyar bəy adlı oğlanları vardı.

Soyun məşhur nümayəndələri

redaktə
  • Ağa bəy Rüstəmbəyov — Qarabağ bəyi, poruçik.
  • Səlim bəy Rüstəmbəyov — Qarabağ bəyi, Çar Rusiyası ordusunun praporşiki.
  • Rüstəm bəy Rüstəmbəyov — Qarabağ bəyi, ştabs-kapitan.\

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Rüstəmbəyovlar, "Soy" dərgisi, 9 (29), Bakı, 2009.

Həmçinin bax

redaktə
  • Qarabağ
  • Şuşa
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rüstəmbəyovlar_(Qarabağ)&oldid=7752337"
LOVE.AZ