. Love.az

Rical Su - Wikipedia - Love.az

Ana Səhifə - Rical Su

Rıçal-su - xloridli-hirdokarbonatlı müalicəvi mineral süfrə suyudur. Suyun mənbəyi Cənubi Dağıstan dağlarıdır. Suyun hündürlüyü 1120 m Çnal Xiv rayonu kəndi yaxınlığındadır. Suyu 1862-ci ildən istehsal olunur.

Mündəricat

  • 1 Rıçal-su
  • 2 Tarixi
  • 3 Kimyəvi tərkibi
  • 4 Müalicə əhəmiyyəti
  • 5 Xarici keçid
  • 6 Həmçinin bax

Rıçal-su

redaktə

Rıçal çayı özü mənbəyini bu sudan götürür. Çay Dağıstanın [[Xiv rayonu] rayonunun mərkəzindən keçir. Çayın eni 25-50 m, dərinliyi isə 1,75 m-dir. Çayın ətrafı meşə ilə örtülmüşdür. Suyun mənbəyində sahəsi 500 ha olan təbii qoruq mövcuddur. Burada diametri 200-250 km-də heç bir yaşayış yoxdur.

Tarixi

redaktə

Rıçal-suyun XVIII əsrin ortalarından məşhurlaşmağa başladı. Xüsusilə Dağıstan, Gürcüstan və Azərbaycanda məşhurdur. 1860-cı ildə su haqqında ilk dəfə qəzetdə məqalə yazılmışdır. Suyun tərkibini A.Qriqoryev və A.Ştakmanom tərəfindən 1897-ci ildə öyrənilmişdir. Yerli xalq inanir ki, b su qüvvət, daxili rahatlıq və sakitlik verir.

Kimyəvi tərkibi

redaktə

Qafqazda 286 dənə mineral su mövcuddur. Ən mürəkkəb kimyəvi təkibə malik olanı Rıçal sudur. Onun əsas tərkibi hidrokarbonat-xlorid-natrium təşkil edir. Bu su Rusiya Federasiaysında da ən yaxşı mineral su kimi tanınır. İnsan orqanizmini mikroorqanizmlərlə zənginləşdirir. anionlar, mq/dm3

  • Sulfat: < 25
  • Xlor: 450—550
  • Yod: 0,3 — 0,6
  • Hidrokarbonat: 2500 — 3000

kationlar, mq/dm3

  • Kalsium: < 25
  • Maqnezium: < 25
  • Natrium + Kalium: 1200—1450

Ümumi minerallığı — 4,0—5,0 q/l.

Müalicə əhəmiyyəti

redaktə

Bu suyun aşağıdakı xəstəlikləri müalicə etmək olur: qastrit, kolit, pankreatit, mədə xəstəlikləri, sümük, obezite, diabetin mülayim formaları, viral hepatitdən qalıcı təsirlər, yod çatışmazlığı. İnsan orqanimzi üçün mikro və makroelementləri (yod, ftor, kalium və s.) ilə zənginləşdirir.

Xarici keçid

redaktə
  • Rəsmi səhifəsi

Həmçinin bax

redaktə
  • Mineral su
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rıçal-su&oldid=6990513"
LOVE.AZ