Rəşad Rövnəq oğlu Abdullayev (9 may 1994) — azərbaycanlı iş adamı və məmur oğlu; "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri (2016–2017).
Rəşad Abdullayev | |
---|---|
Doğum tarixi | (31 yaş) |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Rövnəq Abdullayev |
Anası | Məlahət Əliyeva |
Tanınır | "Bir milyon dollarlıq saat qalmaqalı" |
Rəşad Abdullayev 9 may 1994-cü ildə anadan olmuşdur. Atası Rövnəq Abdullayev uzun illər SOCAR-ın prezidenti olmuşdur.
OCCRP sənədlərinə əsasən Rəşad Abdullayevin silinmiş "LinkedIn" profilindən, onun hələ 16 yaşında "SOCAR Trading"də işə başladığı, vəzifəsinin "Ticarət və Biznes üzrə mütəxəssis" olaraq göründüyü qeyd edilmişdir. Amma atası Rövnəq Abdullayev OCCRP-yə cavabında bunun doğru olmadığını, onun SOCAR-la əlaqəli digər qurumlarda sadəcə təcrübəçi olaraq çalışdığını qeyd etmişdir.
2016–2017-ci illərdə "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri vəzifəsində çalışmışdır.
Evlidir.