Rəşad Babayev (3 sentyabr 1981, Bakı) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster. Şahmat üzrə yeniyetmələr arasında Azərbaycan yığmasının məşqçisidi.
![]() | |
---|---|
Ölkə | |
Doğum tarixi | 3 sentyabr 1981(1981-09-03) (43 yaş) |
Doğum yeri | |
Titulu | Beynəlxalq qrosmeyster |
Son reytinqi |
|
Maksimal reytinqi | 2535 (aprel 2009) |
FİDE nömrəsi | 13400681 |
rashadbabaev.com |
Rəşad Babayev 1981-ci il sentyabrın 3-də Bakıda anadan olub. 7 yaşından "Həmkarlar İttifaqı" adlı Bakı şahmat məktəbində məşğul olmağa başlayıb. Şahmat oynamağı atasından öyrənmişdi.
2009-cu ilin aprel ayında Babayev 2535 reytinqinə malik idi və FİDE aktiv şahmatçıların reytinq cədvəlində 491-ci yeri tuturdu. Avropanın aktiv şahmatçıların reytinq cədvəlində 400-cü yer, milli reytinqində 11-ci yerdə qərarlaşmışdır.