. Love.az

Resad Mehdiyev Rejissor - Wikipedia - Love.az

Ana Səhifə - Resad Mehdiyev Rejissor
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Rəşad Mehdiyev.

Mehdiyev Rəşad Telman oğlu (29 dekabr 1975, Bakı – 2017, Kiyev) — azərbaycanlı rejissor.

Rəşad Mehdiyev
Rəşad Telman oğlu Mehdiyev
Doğum tarixi 29 dekabr 1975
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 avqust 2017 (41 yaşında)
Vəfat yeri Kiyev, Ukrayna
Vəfat səbəbi işemiya
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Telman Mehdixanlı
Milliyyəti azərbaycanlı
Təhsili AMİU
Fəaliyyəti rejissor

Həyatı

redaktə

Rəşad Mehdiyev 1975-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirtdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Burda o, tanınmış televiziya rejissoru Tariyel Vəliyevin kursunda təhsil alıb. Tələbəlik illərindən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb.

Həqiqi hərbi xidmətdən sonra fəaliyyətini Space TV-də davam etdirib.

Televiziya rejissoru kimi fəaliyyət göstərdiyi illərdə "Dünyanı gözəllik xilas edəcək", "Mugam müsabiqəsi", "Sərhəddə", "Qara qızılla ağ günə…", "Mir Möhsün Ağa" kimi bir çox televiziya verilişlərinin və sənədli filmlərin rejissoru olub.

Rəşad Mehdiyev özünü kino janrında da rejissor kimi sınayıb. O, ssenari müəllifi Qasım Səfəroğu olan tammetrajlı "Bomba" kinokomediyasının quruluşçu rejissorudur.

Rəşad Mehdiyevin yaradıcılığı televiziya və kino ilə məhdudlaşmır. O, İlqar Muradov, Zöhrə Abdullayeva, Teyyub Aslanov, Zaur Əmiraslanov, Nazim Pişyari, Namiq Qaraçuxurlu və digər populyar müğənnilərin mahnılarına çəkilən kliplərə rejissorluq edib.

Rəşad Mehdiyev 2017-ci il avqustun 17-də işemiya xəstəliyindən vəfat edib.

  • Jurnalist Telman Mehdixanlının oğludur.
  • Jurnalist Mehman Mehdiyevin qardaşıdır.

Filmoqrafiya

redaktə
  • Bomba (film, 2005) (quruluşçu rejissor)

Xarici keçidlər

redaktə
  • Teyyub Aslanov. Heydər Əilyevin əziz xatirəsinə (rejissor Rəşad Mehdiyev)
  • İlqar Muradov. Bu dünyanı nağıl bilək (rejissor Rəşad Mehdiyev)
  • Namiq Qaraçuxurlu. Bu məhəbbət (rejissor Rəşad Mehdiyev)
  • Zaur Əmiraslanov. Bakı (rejissor Rəşad Mehdiyev)
  • Nazim Pişyari. Yuxu (rejissor Rəşad Mehdiyev)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəşad_Mehdiyev_(rejissor)&oldid=8000313"
LOVE.AZ