. Love.az

Resid Behbudov Gemi - Wikipedia - Love.az

Ana Səhifə - Resid Behbudov Gemi

"Rəşid Behbudov" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sürətli sərnişin gəmisi[1]. Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun adını daşıyır.

Gəminin şəkili

Mündəricat

  • 1 İnşası
  • 2 Texniki göstəriciləri
  • 3 Fəaliyyət istiqaməti
  • 4 İstismara verilməsi
  • 5 İstinadlar

İnşası

redaktə

Gəmi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Caspian Marine Services" Alyansının sifarişinə əsasən Avstraliyanın "Austal" gəmiqayırma zavodunda inşa edilmişdir[1].

Texniki göstəriciləri

redaktə

Gəmi Beynəlxalq Dənizçilik konvensiyalarının tələblərinə tam səviyyədə cavab verir[1].

Tutumu 150 nəfərdir[1]. Gəmidə sərnişinlərin rahatlığı üçün yüksək şərait yaradılmış, istirahət sahələri quraşdırılmış, ən son beynəlxalq konvensiya tələblərinə uyğun səs və titrəmə izolyasiyası təmin edilmişdir[1].

Gəmidə Heydər Əliyev ilə Rəşid Behbudovun görüşləri və İlham Əliyevin iştirakı ilə dünyaşöhrətli müğənninin Bakıda abidəsinin açılışı zamanı çəkilən fotolardan ibarət stend yaradılıb[1].

Bütövlükdə alüminium təbəqələrdən yığılmış katamaran tipli gəmi saatda 60 kilometr sürət yığmaq imkanına malikdir[1]. Onun uzunluğu 70, eni isə 16 metrdir. Gəmi ən müasir avadanlıqla, o cümlədən DP-2 dayanıqlı mövqeləndirmə sistemi, sərnişinlərin platformalara təhlükəsiz keçidi üçün xüsusi teleskopik körpü ilə təchiz olunmuşdur[1].

Fəaliyyət istiqaməti

redaktə

Xəzərdə neft və qaz layihələrində rəqabətqabiliyyətli, beynəlxalq standartlara uyğun yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində və sərnişinlərin, eləcə də kiçikhəcmli yüklərin dəniz platformalarına təhlükəsiz çatdırılması üçün nəzərdə tutulmuşdur[1]. Bu gəmi eyni tipli "Müslüm Maqomayev" gəmisi ilə bərabər BP şirkətinin sifarişlərini yerinə yetirir[1].

İstismara verilməsi

redaktə

"Rəşid Behbudov" gəmisinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir[1]. Dünya şöhrətli müğənninin nəvəsi Rəşid Behbudov gəminin istismara verilməsini bildirən düyməni basmışdır[1].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib Arxivləşdirilib 2016-11-19 at the Wayback Machine. president.az, 18.11.2016 (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəşid_Behbudov_(gəmi)&oldid=8010209"
LOVE.AZ