Rəb-i Rəşidi kompleksi (fars. رَبع رشیدی) — Elxani hökmdarı Qazan xanın hakimiyyəti illərində vəziri Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilən və daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzlərinin olduğu yaşayış kompleksi.Təbrizin şimal-şərqində yerləşən Rəb-i Rəşididə 30 min ev vardı. Bəzi mənbələrə görə burada 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi. Hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və xəttatların fəaliyyət göstərdiyi emalatxanalar Rəşidiyyənin çoxfunksiyalı şəhərcik olduğuna dəlalət edirdi. Lakin Rəb-i-Rəşidinin çiçəklənməsi uzun çəkmədi. 1318-ci ildə baş vəzir Fəzlullah Rəşidəddin edam edildikdən bir müddət sonra qəzəblənmiş kütlə 1336 -cı ildə şəhərciyi talan və viran etdi. Beləliklə, Rəb-i Rəşidi süqut etdi.
Rəb-i Rəşidi kompleksi | |
---|---|
fars. رَبع رشیدی | |
Kompleksin qalıqları | |
![]() | |
38°04′45″ şm. e. 46°19′46″ ş. u.HGYO | |
Ölkə | İran İslam Respublikası |
Yerləşir | Təbriz şəhəri |
Aidiyyatı | Elxanilər dövləti |
Sifarişçi | Fəzlullah Rəşidəddin |
Tikilmə tarixi | XIII əsr |
![]() |
Monqollar, xüsusən birinci yarım əsrlik talan və dağıntılar başa çatdıqdan sonra Yaxın Şərqdə Elxanilər dövlətinin yaranması ilə müsbət izlər buraxmağa başladılar. Xüsusən Qazan xanın (1295-1304) taxta çıxması və daxili çəkişmələrə son qoyaraq dövləti öz nəzarəti altına alması ilə Elxanilər dövlətində böyük inkişaf fəaliyyəti başlandı ki, burada Elxani hökmranlığının mərkəzi olan Azərbaycan imtiyazlı yer tuturdu. Bu dövrdə bir tərəfdən Təbriz kimi köhnə yaşayış məskənlərində yeni quruculuq işləri aparılır, digər tərəfdən isə Elxani dövlətinin ərazisində yeni məskənlər salınmağa çalışılırdı. [1]Bu mərkəzlərin ən əhəmiyyətlisi Təbrizdən təxminən 4 km uzaqlıqda olan Qazaniyyə və ya Şənbi Qazan idi. Bura şəhər divarlarından kənarda tikilmiş böyük sosial kompleks və bu kompleksin ətrafında formalaşan yaşayış məntəqəsi idi. Qazan xanın qurduğu digər yaşayış məntəqəsi isə Mahmudabad idi.[2]
Bu quruculuq fəaliyyətlərinin ən önəmli nümunələrindən biri vəzir Fəzlullah Rəşidəddin tərəfindən XIV əsrin əvvəllərində Təbrizin şimal-şərqində yerləşən Sorhab adlı yerdə inşa etidirlən və daxilində bir çox təhsil, mədəniyyət mərkəzlərinin yerləşdiyi Rəb-i Rəşidi adlı yaşayış kompleksidir. İnşaasına 1300-cü illərdə başlanılan bu kompleksin bütün xərcləri Fəzlullah Rəşidəddin tərəfindən təsis edilən vəqflərdən qarşılanmışdır. Rəb-i Rəşidinin 1309-cu il 9 avqustda qələmə alınan vəqfiyyəsinə sonradan 1314-cü ilin martında və 1315 (noyabr), 1316-cı (oktyabr-noyabr) illərdə bir sıra əlavələr ediləsə də günümüzə qədər gəlib çatmışdır. Kompleksin tikintisi Rəşidəddinin ölümündən 3 il əvvəl başa çatmışdır. İlk əvvəl daxilində yeni kanallar, mədrəsə , xəstəxana, yeməkxana, kimsəsiz uşaqlar evi tikilən bu kompleks sonradan bu binaların ətrafına yeni evlərin inşa edilməsi ilə getdikcə şəhərciyə çevrilmişdir. [3]
Rəb-i Rəşididə "Küçə-i üləma" adlanan bir küçə yerləşirdi ki, burada sadəcə alimlər yaşayırdı. Bu küçədəki kitabxanada 60 min cild kitab varidi.
Rəb-i Rəşidi şəhərciyini vəzir Rəşidəddinin vəzirliyi dövründə oğlu Qiyasəddin Məhəmməd özü idarə edirdi. Rəşidəddin 17 iyul 1318-ci ildə öldürüldükdən sonra Rəb-i Rəşidi bir müddət sahibsiz qaldı. 1327-ci ildən Rəşidəddin oğlu Qiyasəddin Məhəmməd Elxani vəziri olmuş və 1335-ci ilə qədər davam edən bu vəzirlik dövründə atasının elmə və alimlərə olan həssaslığını davam etdirmişdir. 1336-cı ildə şəhərcik süqut edir. [4]
Rəb-i Rəşidi kompleksi 3 əsas hissədən ibarət idi. Bunlar Rabaz-i Rəşidi, Şəhristan-i Rəşidi və Rəb-i Rəşidi olmuşlar.[5][6]
Rabaz-i Rəşidi Rəb-i Rəşidiyə bitişik formada inşa edilən, anbar və zirzəmilərin yerləşdiyi, o cümlədən qəyyumların, müşriflərin, gözətçi və açarçıların eləcə də türk əsilli ailə və uşaqların yaşadığı evlərdən ibarət böyük yaşayış məskəni idi.[7] Şəhristan-i Rəşidi Rəb-i Rəşidinin yaxınlığında yerləşən böyük məhəllə və onu tamamlayan iqtisadi, sosial binaların toplusundan ibarət idi. Kompleksdə işləyən evli məmurların əhəmiyyətli bir hissəsi ailələri ilə birlikdə burada Salihiyyə məhəlləsində yaşayırdı.[8] Bunlardan başqa burada kasıblar üçün evlər (darül məskən) , yeməkxana, müxtəlif taxıl anbarları, məscid ( Məscid-i Cami-yi Şəhristan) , bazar, zərbxana və böyük bir bağ yerləşirdi. Salihiyyə məhəlləsi bir küçə qapısı vasitəsilə Rəb-i Rəşidiyə bir digər qapı vasitəsilə isə Bazar, Darvazay-i Sorhaba (Təbriz şəhər qapısına) birləşirdi.[5][9] Rəb-i Rəşidi kompkesin ən həyati və əsas ünsürləri burada yerləşirdi. Rəb-i Rəşidi ayrılıqda daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və sağlamlıq mərkəzlərinin yerləşdiyi böyük bir kompkesidi.Buradakı binalar keçidlər və dəhlizlər vasitəsilə bir birinə bağlanırdı və gecələr məşəllər, lampalarla işıqlandırılırdı. İmarətlərin yaxınlığında isə Rəşid-i abad bağı yerləşirdi. Bu bağ su kanalları vasitəsilə sulanırdı.[5][10]
Rəb-i Rəşidinin aşağıdakı əsas vahidlərdən ibarət idi:
Bundan başqa Rəb-i Rəşdidə "Frəng-Rum" kəndi adlı yaşayış məskəni var idi. Burada qərbdən gəlmiş bir sıra şəxslər yaşayırdı. Onlar əsasən dünya tarixi ilə bağlı kitabların nüsxələnməsi ilə məşğul olurdular. Bunun sayəsində qərb dövlətlərinin tarixi barəsində islam mənbələrində olmayan məlumatlar öyrənilə bilmişdi. Burada kitabların sürətlərinin çıxarılması ilə yanaşı alman kralları və papaların portretləri də çəkilmişdi. Bundan əlavə, bu məsələ ilə bağlı Rəşidəddin oğlu Cəlaləddindən qırx Bizans ailəsini Rəb-i Rəşidiyə yerləşdirməyə razı salmasını istəmişdi. Rəşidəddin Bizans dövləti və Venesiyadan Elxani dövlətinə göndərilən müəyyən bir məbləği Rəb-i Rəşididəki tələbələrin ehtiyaclarına istifadə etmək üçün ayırmışdı.[32]
Qullar dörd qrupa bölünürdü:
Vəzifə | İşçilərin sayı | Maaş (dinar/il) | Çörək(mən/gün) |
---|---|---|---|
Mütəvəlli | 1 | - | - |
Müşrif | 1 | - | - |
Nazir | 1 | - | - |
Müdərris (əqli elmlər) | 500 | 12,5 | |
Müdərris(hədis,təfsir) | 1 | 150 | 12,5 |
Həkim | 1 | 330 | 10 |
Gözətçi,açarçı | 1 | 300 | 4 |
Şeyx | 1 | 150 | 10 |
Kitabxanaçı | 1 | 150 | 3 |
İmam | 1 | 120 | 6 |
Müəllim | 1 | 120 | 4 |
Mürəttib | 1 | 120 | 4 |
Kitab mübadili | 1 | 120 | 3 |
Cərrah | 1 | 100 | 5 |
Göz həkimi | 1 | 100 | 5 |
Muid (hədis,təsfir) | 1 | 100 | 4 |
Muid (əqli elmlər) | 2 | 100x2 | 3x2 |
Vaiz | 1 | 60 | 5 |
Atabəy | 1 | 60 | 2 |
Hafiz | 24 | 50x24 | 3x24 |
Mətbəxçi | 1 | 50 | |
Memar | 1 | 50 | 2 |
Bığlar | 3 | 50x3 | 2x3 |
Saqi | 4 | 50x4 | 2x4 |
Müəzzin (cümə) | 2 | 45x2 | 2x2 |
Əzcaçı | 1 | 40 | 4 |
Mühafizəçi | 1 | 40 | 3 |
Xadimə | 1 | 40 | 2 |
Heç şübhəsiz ki, bu komplekslərin içərisində xeyli sayda mədrəsələr də təsis olunmuşdu ki, bu amil də təhsilin inkişafına müsbət təsir göstərmişdi.
Hafizi-Əbru özünün “Zeyli-cameüt-təvarix” adlı əsərində bu kompleksin əvvəllər fəaliyyət göstərmiş bir necə köhnə mədrəsə ətrafında salındığını yazır. O bildirirdi ki, burada mindən artıq ev vardır. O, həmçinin qeyd edir ki, bu kompleksdə iki minarəli böyük bir bina, onunla birlikdə darüş-şəfa, mədrəsə, xanəgah və s. mövcud idi. [69]Rəbi-Rəşidi kompleksi həm Fəzlullah Rəşidəddinin öz gəlirlərinin əsasında formalaşan vəqf əmlakı, eləcə də Hülakü xanlarının gəlirləri əsasında formalaşan vəqf əmlaki əsasında inşa edilmişdi. ”Vəqfnaməyi-Rəbi-Rəşidi” əsərində məlumat verilir ki, bu kompleksin illik məsrəfi 23705 dinar olmuşdur. Bu fakt kompleksin nəhəngliyini göz önünə qoymaqdadır. Fəzlullah Rəşidəddinin məktublarından məlum olur ki, başda Təbriz olmaqla, Elxanilər dövlətinin müxtəlif yerlərində o dövrdə əsas təhsil müəssisələri olan mədrəsələr, darüş-şəfalar, xanəgahlar təsis olunmuşdur . Burada yerləşən 13 hücrədən və ona bağlı yardımçı hücrələrdən ibarət olan mədrəsələr kompleksi Azərbaycanın ilk universiteti hesab olunur və “Rəb-i-Rəşidi” mədrəsəsi adı ilə tanınmışdır. Mədrəsədən daha çox təhsil mərkəzi olan və kompleksin özəyini təşkil edən “Rəb-i-Rəşidi”də təhsilin bütün formaları mövcud idi. Burada müxtəlif məzmunlu təhsil müxtəlif binalarda gerçəkləşdirilirdi və bunlar ya bir-birinə çox yaxın idi, ya da bir-birinə müəyyən bir vasitə ilə birləşdirilirdi. Bu binalar arasında bəzən keçidi təmin edən dəhlizlər olurdu .[70] Bu imkan verirdi ki, sabah erkəndən başlayan təhsil prosesi gecənin gec saatlarına qədər davam edə bilsin. Kompleksdə 7000-dən artıq tələbə təhsil alırdı ki, bunların sadəcə 1000 nəfəri yerli tələbələr idi, digər 6000-i isə Əndəlüsdən Hindistana qədər İslam dünyasının müxtəlif yerlərindən təhsil almaq üçün bura üz tutan tələbələr idi. XIII–XV əsrlərdə əsas təhsil mərkəzi mədrəsələr olsa da darüş-şəfalar, xanəgahlar, rəsədxanalar və s. təhsil ocaqları kimi fəaliyyət göstərirdilər. “Rəb-i- Rəşidi” məhəlləsinə daxil olan darüş-şəfalar ölkənin ən böyük xəstəxanaları idi və burada Yunanıstan və Krit, eləcə də Misir və Hindistan olmaqla müxtəlif ölkələrdən gəlmiş 70-dən artıq həkim fəaliyyət göstərirdi. Hər bir xəstəxananın özünün zəngin kitabxanası da var idi.[71] Məşhur tarixçi T.Alisenin “Avrasiyada Moğol istilası və mədəniyyəti” adlı kitabında verdiyi məlumata əsasən belə qənaətə gəlmək olar ki, Elxani vəziri Fəzlullah Rəşidəddin sadəcə mərkəzi şəhərlərdə deyil, vilayətlərdə də xəstəxanaların – darüş-şəfaların açılması üçün xüsusi fərmanlar imzalamışdı. O, həmçinin qeyd edir ki, Avrasiyanın ən böyük xəstəxana və tibb məktəblərindən biri olan darüş-şəfada tibb fakültəsi də fəaliyyət göstərirdi.[72] Burada ənənəvi İslam təbabəti ilə yanaşı, Çin və Tibet təbabətinin sirləri də tələbələrə öyrədilirdi . Xəstəxanalarda fəaliyyət göstərən həkimlər ən yüksək maaş (330 dinar) alırdılar. Ş.Bleyerin fikrinə görə, həkimlərin digər işçilərə nəzərən yüksək maaş alması F.Rəşidəddinin həkim olması ilə əlaqədar idi. O, “Elxani memarlığı və cəmiyyəti: Rəbi-Rəşidi ianə aktlarının təhlili” adlı məqaləsində məlumat verir ki, kəhhal ( كھال ) adlanan cərrah – oftalmoloqlar 100 dinar, mütəəllim ( متعلم ) adlanan və praktika keçən həkimlər isə beş illik tədris müddətində 30 dinar təqaüd alırdılar.[73]
Rəşidəddinin inşa etdirdiyi Rəb-i Rəşididə sürəti çıxarılaraq çoxaldılan ən az 9 kitabın adı bizə məlumdur. Bunlardan 5-i Rəşidəddinin öz kitablarıdır. Bu əsərləri arasında Edinburq Universiteti Kitabxanasında və Nəsr Xəlili kolleksiyasındakı ərəbcə Cami-ət-təvarix nüsxəsi, Topqapı Sarayı Muzey Kitabxanasında 1653-1654 nömrə ilə qeydiyyatda olan farsca Cami-ət-təvarix əlyazmaları o cümlədən, Fransa Milli Kitabxanasında saxlanılan və başqa bir nüsxəsi 1998-ci ildə Qətərdəki Krisi hərrac evi tərəfindən satın alınan Məcmuatur-Rəşidiye də var. Rəşidəddin əsərlərinə nəzərən daha diqqətli surətdə köçürülən Quran əlyazmalarından biri İstanbul Topqapı Sarayı Muzey Kitabxanasında EH 248-də qeydiyyatdadır. 1302-1308-ci illər arasında yazılmış başqa bir müşəf dağınıq şəkildə günümüzə qədər gəlib çatmış və Bağdad müşəfi adlanır. Rəşidəddinin rəhbərliyi ilə yazılmış başqa bir müşəf 1306-1311-ci illər arasında köçürülmüşdür. Ş.Bleyr nüsxələr barədə məlumat verdiyi bir məqaləsində bu əlyazmanın yeri aydın göstərilməsə də, məqalənin sonunda bir səhifəsini yayımlamışdır. Bu paylaşılan səhifənin altındakı qeyddə əlyazmanın Dublindəki Çestr Betty Kitabxanasında olduğu barədə məlumat var. Rəşidəddin əsərləri hər səhifədə orta hesabla 20 sətir yerləşmiş şəkildə yazıldığı halda, Quran səhifələri 5 sətirdən çox olmayan daha çox qızıldan istifadə edilərək hazırlanmışdır. Rəşidəddin edam edildikdən sonra başlayan əsərlərin çoxaldılması ənənəsi oğlu Qiyasəddin Məhəmməd tərəfindən davam etdirilmişdir. Qiyasəddin Məhəmmədin təşviqi ilə köçürülmüş bir çox nüsxə məlumdur.[74]