. Love.az

Receb Rehimli - Wikipedia - Love.az

Ana Səhifə - Receb Rehimli

Rəcəb Zakir oğlu Rəhimli (12 avqust 1973, Dırnıs, Ordubad rayonu) — Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.

Rəcəb Rəhimli
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1973(1973-08-12) (51 yaş)
Doğum yeri
  • Dırnıs, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ

Mündəricat

  • 1 Həyatı
  • 2 Əmək fəaliyyəti
  • 3 Elmi fəaliyyəti
  • 4 Elmi maraq dairəsi
  • 5 Kitablar
  • 6 İstinadlar

Həyatı

redaktə

Rəcəb Zakir oğlu Rəhimli 12 avqust 1973-cü il tarixində Naxçıvan MR, Ordubad rayonunun, Dırnıs kəndində anadan olmuşdur. 1990-cı ildə Naxçıvan şəhəri 39 nömrəli orta məktəbini bitirmişdir. 1999-cu ildə Türkiyə Respublikası Ankara şəhəri Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri (İİBF) fakültəsini dövlət idarəçiliyi ixtisası üzrə bakalavr pilləsini (dövlət xətti ilə) bitirmişdir. 2000–2002-ci illər arasında Türkiyə Respublikasının Qazi Universitetinin Sosial Elmlər İnstitutunda dövlət idarəçiliyi ixtisası üzrə magistraturada təhsil almışdır (dövlət xətti ilə). 2003-cü ildə Türkiyə Respublikasının Ankara Universiteti Siyasət Elmlər fakültəsinə (SBF) dövlət idarəçiliyi ixtisası üzrə doktoranturaya qəbul olunmuş və 2008-ci ildə "Azerbaycanda memurlar: haklar, yükümlülüklər, denetim" mövzusunda dissertasiya işini müdafiə edərək doktorluq elmi dərəcəsi almışdır. Eyni zamanda, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan hüquqları üzrə Elmi-tədqiqat İnstitutunda 23.00.02 — "Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər" ixtisası — üzrə "Azərbaycanda yerli özünüidarənin yaranması və inkişafı (siyasi aspekt)" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsini, 2011-ci ildə isə siyasi institutlar və sistemlər ixtisası üzrə dosent elmi adını almışdır. Evlidir, iki övladı var.

Əmək fəaliyyəti

redaktə

05.02.2004–03.05.2004-cü il tarixində — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi "Beynəlxalq əlaqələr" şöbəsində baş mütəxəssis; 03.05.2004–08.09.2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Rəyasət Heyətinin Elmi katibi; 08.09. 2010–02.05.2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun "Milli təhlükəsizlik və erməni araşdırmaları" şöbəsinin müdiri; 03.05.2011–03.09.2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi araşdırmalar İnstitutunun "Sosioloji tədqiqatlar və konsaltinq" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır. 03.09.2012-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Elmi-təşkilat və beynəlxalq əlaqələr" şöbəsinin müdiri, 02.11.2020-ci il tarixindən isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının müdiri vəzifəsində çalışmışdır.[1][2][3][4]. 5 avqust 2023-cü il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir[5][6]

Elmi fəaliyyəti

redaktə

Rəcəb Rəhimli 87 elmi əsərin, o cümlədən xaricdə və respublikamızda nəşr olunmuş 4 monoqrafiyanın, 4 kollektiv kitabın həmmüəllifi, ali məktəblər üçün 1 dərsliyin həmmüəllifidir[7][8].

Elmi maraq dairəsi

redaktə

İdarəetmədə və dövlət idarəçiliyində innovasiyaların tətbiqi və onların idarə olunması, İnsan resurslarının idarə edilməsi, Liderlik və Kouç tərzi liderlik (Leadership and Coaching Leadership Style)[9], iş effektivliyinin idarə edilməsi (performance management), dəyişikliklərin idarə edilməsi (VUCA vs BANI mindset), dövlət qulluğu, dövlət qulluğunda etik normalar[10], dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, strateji idarəetmə, siyasi, sosial-iqtisadi və enerji təhlükəsizliyi problemləri və s[11].

Kitablar

redaktə
  1. Azerbaycan Kamu Personel Sistemi. Türkiyə- Ankara: Naturel Yayıncılık, 2006, 144 s.
  2. Azərbaycan Respublikasının idarəetmə sistemində yerli özünüidarələr. Bakı: " Elm", 2009, 172 s.
  3. Azerbaycan Devlet Personel Yönetimi[12]. Türkiyə- Ankara: Kültür Ajansı Yayınları, № 128, 2011, 256 s.
  4. Çağdaş Siyasal Sistemler (XIII Fəsil- Azərbaycan Respublikası)[13]. Türkiyə- Ankara: Binyıl Yayın (#empty_citation)ları, 2012, 603 s.
  5. Dünyada yerel yönetimler (örnekler-uygulamalar) (IV Fəsil- Azerbaycan Cumhuriyetinde yerel yönetimler). Türkiyə-Ankara Seçkin Yayınları, 2013, 640 s.
  6. Çağdaş Siyasal Sistemler (XIX Fəsil- Azərbaycan Respublikası). Türkiyə-Ankara Erek Matbaacılık Yayınları, 2015, 864 s.
  7. Azerbaycan Kamu Personel Yönetimi[14]. Anadolu Üniversitesi yayını № 3339, Türkiyə-Eskişehir, 2016, 275 s.
  8. İnsan potensialına əsaslanan sosial müəssisələr Azərbaycanda davamlı innovativ inkişaf texnologiyası kimi[15]. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişafı Fondu, Bakı, 2018, 184 s.
  9. Эволюция государственного управления в странах постсоветского пространства 1991–2021 – отв. ред. И. Н. Барциц. (Эволюция государственного управления в странах постсоветского пространства (Азербайджанская Республика)[16][17]. Издательский дом "Дело", РАНХиГС, Москва, 2021, 448 s.

İstinadlar

redaktə
  1. ↑ https://azertag.az/xeber/DIA_nin_dosenti_Turkiyede_kechirilen_tedbirde_Azerbaycanin_dovlet_qullugu_sistemi_haqqinda_teqdimat_edib-1895945
  2. ↑ https://azertag.az/xeber/Dovlet_Idarechilik_Akademiyasinda_telim_Muasir_dovrde_dovlet_qulluqchularinin_xidmeti_fealiyyetinin_qiymetlendirilmesi-2567642
  3. ↑ "Arxivlənmiş surət". 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  4. ↑ "Arxivlənmiş surət". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  5. ↑ "Arxivlənmiş surət". 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  6. ↑ "Arxivlənmiş surət". 2023-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  7. ↑ "Arxivlənmiş surət". 2023-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  8. ↑ "Arxivlənmiş surət". 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  9. ↑ https://azertag.az/xeber/DIA_da_Dovlet_idarechiliyinde_liderlik_movzusunda_telim_kechirilib-2191454
  10. ↑ "Arxivlənmiş surət". 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  11. ↑ "Arxivlənmiş surət". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  12. ↑ "Arxivlənmiş surət". 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  13. ↑ https://www.kitapyurdu.com/kitap/cagdas-siyasal-sistemler/270150.html
  14. ↑ "Arxivlənmiş surət". 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  15. ↑ "Arxivlənmiş surət" (PDF). 2023-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-14.
  16. ↑ "Arxivlənmiş surət". 2023-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  17. ↑ "Arxivlənmiş surət". 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəcəb_Rəhimli&oldid=8123569"
LOVE.AZ