Rəfael Cabbar oğlu Salamzadə (23 avqust 1942, Bakı) — Azərbaycanlı operator. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Humay" və "Qızıl çıraq" mükafatları laureatı.[1]
Rəfael Salamzadə | |
---|---|
Rəfael Cabbar oğlu Salamzadə | |
Digər adı | Rafael Salamzadə |
Doğum tarixi | (82 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | operator |
Fəaliyyət illəri | 1967—2004 |
Rəfael Cabbar oğlu Salamzadə 23 avqust 1942-ci ildə Bakıda anadan olmuşdur. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır.[1]
1967-ci ildə hərbi xidmətdən sonra "Azərbaycanfilm"ə işıqçı vəzifəsində işləməyə gəlib. Sonralar müxtəlif kinojurnallar üçün ("Sovet Azərbaycanı", "Gənc nəsil", "İdman", "İncəsənət" jurnalları) müstəqil süjetlər çəkib. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan operator 40-dan çox filmin üzərində işləmişdir.[1]
Rəfael Salamzadə işlədiyi müddət ərzində Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatını, Qarabağ müharibəsi, 20 Yanvar və meydan hadisələrini, ölkəmizdə baş verən taleyüklü olayları lentə alıb.[2]