. Love.az

Refail Inceyurd - Wikipedia - Love.az

Ana Səhifə - Refail Inceyurd

Rəfail İncəyurd (tam adı: Rəfail Ağakişi oğlu İsmayılov; 4 iyul 1954, Kəmərli, Qazax rayonu) — Azərbaycan şairi. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Rəfail İncəyurd
Rəfail Ağakişi oğlu İsmayılov
Doğum tarixi 4 iyul 1954(1954-07-04) (70 yaş)
Doğum yeri
  • Kəmərli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • BDU Fizika fakültəsi
İxtisası Fizika-Riyaziyyat
Fəaliyyəti şair
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi

Həyatı

redaktə

Rəfail İncəyurd 4 iyul 1954-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini bitirmişdir.

Ədəbi həyata yeniyetmə yaşlarından başlamışdır. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1981–1998-ci illərdə Azərbaycan Dövlət Universiteti Hesablama Mərkəzində proqramçı, redaktor müavini, redaktor, Müəllim nəşriyyatında redaktor, Bakı Dövlət Universiteti nəşriyyatında kompüter proqramçısı, Odlar Yurdu və Diplomat nəşriyyatlarında baş redaktor və s. vəzifələrdə çalışıb.

2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

İstinadlar

redaktə

Xarici keçid

redaktə
  • [1] [ölü keçid]
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəfail_İncəyurd&oldid=7880842"
LOVE.AZ