Məlumatı yoxla. Bu məqalədə verilən faktların dəqiqliyini və məlumatların etibarlılığını yoxlamaq lazımdır. Müzakirə səhifəsində aydınlaşdırılmalıdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Rəfail Həsənov (12 noyabr 1962) — Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri (2019), sosiologiya elmləri doktoru, professor.[1]
Rəfail Musa oğlu Həsənov | |
---|---|
![]() | |
Doğum tarixi | (62 yaş) |
Elmi adı | Professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Alma-mater | Kazan Dövlət Pedaqoji İnstitutu |
Təhsili | Bakı şəhəri 190 nömrəli tam orta məktəb |
R.M.Həsənov 12 noyabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərinin 190 saylı məktəbini bitirdikdən sonra Kazan Dövlət Pedaqoji İnstitutunun Tarix-fililogiya fakültəsinin tarix, ictimaiyyətşünaslıq və ingilis dili şöbəsinə daxil olmuş və 1985-ci ildə oranı bitirmişdir. 1989-cu ilədək Kazan şəhərində peşə məktəbi və texnikumda komsomol komitəsinin azad katibi olmuş, orduda hərbi xidmət keçmişdir. 1994-cü ildə “Şəxsiyyət azadlığı və ictimai məsuliyyət” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə isə “Transformasiya şəraitində vətəndaş cəmiyyətinin formalaşması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildən BDU-nun Sosiologiya kafedrasında dosent vəzifəsində çalışır. 2011-ci ildən həmin kafedranın professorudur.
O, 2002-ci ilin avqustundan Harvard Universitetinin Mərkəzi Avrasiya Tədqiqatlar Mərkəzinin (CESS), 2012-ci ildən bu günə kimi ABŞ-nin Merivud Universitetində yerləşən Yaxın Şərqdə Dövlət İdarəçiliyi və Siyasəti Assosiasiyasının (AMEPPA) və 2019-cu ildən Ümumdünya Sosiologiya Assosiasiyasının üzvüdür.
100-ə yaxın elmi məqalənin, 1 monoqrafiyanın, 2 kitabın, 2 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir. Xaricdə çıxan nüfuzlu jurnallarda məqalələri dərc olunmuşdur.
Ailələdir, 3 övladı var.
Keçid dövründə vətəndaş cəmiyyəti quruculuğu, tranzitologiya və Azərbaycanda demokratikləşmə problemləri.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |