Rəfail (Rafael) Xalid oğlu Mirzəyev (19 fevral 1959, Marneuli rayonu) — Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini (2006-cı ildən), general-leytenant (2006).
Rəfail Mirzəyev | |
---|---|
Vəzifədədir | |
3 may 2006-cı ildən | |
Nazir | Kəmaləddin Heydərov |
Əvvəlki | vəzifə təsis edilib |
? – 3 may 2006 | |
Sədr | Kəmaləddin Heydərov Aydın Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 fevral 1959(1959-02-19) (66 yaş) |
Doğum yeri | |
Təhsili | |
Rütbəsi |
![]() General-leytenant ![]() Gömrük xidməti general-leytenantı |
|
|
Təltifləri |
![]() |
Rəfail (Rafael) Xalid oğlu Mirzəyev 19 fevral 1959-cu ildə Gürcüstan SSR Marneuli rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.[1]
Rəfail Mirzəyev Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışmışdır. 3 may 2006-cı ildə bu vəzifədən azad edilərək[2] Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini təyin edilmişdir.[3] 31 oktyabr 2007-ci ildən Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olmuşdur.[4]
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Rəfail Mirzəyevə 17 yanvar 2002-ci ildə[5] gömrük xidməti general-mayoru, 28 yanvar 2005-ci ildə[6] gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri, 3 may 2006-də isə general-leytenant ali hərbi rütbəsi verilmişdir.[7] 5 avqust 1991-ci ildə Azərbaycan Respublikasının fəxri fərmanı ilə təltif edilmişdir.[8]
Ailəlidir, 3 övladı var.