Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Rəfail Tağızadə (azərb. Rəfail Alı oğlu Tağızadə; 11 fevral 1958, Sofulu, Ağdam rayonu) — Şair, publisist, esseist, tərcüməçi.
Rəfail Tağızadə | |
---|---|
Vəzifədədir | |
2014-cü ildən | |
Əvvəlki | Ənvər Ağazadə |
26 oktyabr 2013[1] – 4 iyun 2014[2] | |
Sədr | İqbal Ağazadə |
Sonrakı | Bakir Həsənbəyli[3] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 fevral 1958(1958-02-11) (67 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | şair |
Rəfail Alı oğlu Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb. İxtisasca kompüter mühəndisidir.[4]
Rəfail Alı oğlu Tağızadə müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində zabit kimi xidmət edib. Ordu Birləşməsi Komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla, gecə döyüşünün təşkilinə görə qol saatı ilə təltif olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[5] O həmçinin “Mədəniyyətlərin İnteqrasiyası Mərkəzi” İB-nin sədri, “Ədəbi ovqat” dərgisinin təsisçisidir.[6]
“Qapı”, “Qarabağ rüzgarları” “Gecə xəyalları”, “Su kimi sakit və güclü” (professor Rafiq Əliyev haqqında), “Su üzərində bahar”, “Şəhid qardaşlar”, “Qarabağ – həsrətdən zəfərə” kitablarının müəllifidir. II Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin 5 illiyinə “Vətən sevdalı şəhidlər” və “Zəfər sevinci” poemalarını yazıb.[6]
Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. "Qəfil görüş" Çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək "Şairlər eyni dildə danışırlar" adlı şeir antologiyası kitabını hazırlayıb.
Rəfail Tağızadə ədəbiyyat üzrə Nobel mükafatçısı Çeslav Miloşun Polşada keçirilən 100 illiyində Azərbaycanı təmsil edib. “Şopenin ürəyi” poemasına və dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşa Respublikasının Mədəniyyət və Milli İrs naziri tərəfindən Diploma layıq görülüb (2010).[5]
Şeirləri ingilis, alman, polyak, italyan, fransız, ispan, rus, ukrayna, alban, özbək dillərinə tərcümə olunub, Anadolu türkcəsinə uyğunlaşdırılıb.