. Love.az

Reftaridil Qadinefendi - Wikipedia - Love.az

Ana Səhifə - Reftaridil Qadinefendi

Rəftaridil Qadınəfəndi (5 iyun 1838, Şimali Qafqaz – 3 mart 1936, İstanbul) — 33. Osmanlı sultanı V Muradın ikinci xanımı.

Rəftaridil Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1838(1838-06-05)
Doğum yeri
  • Şimali Qafqaz, Rusiya
Vəfat tarixi 3 mart 1936(1936-03-03) (97 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Fəaliyyəti əsilzadə
Həyat yoldaşı
  • V Murad
Uşaqları Mehmed Səlahəddin Əfəndi
Süleyman Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Əhlis-Sünnə, İslam

Həyatı

redaktə

Rəftaridil xanım 1838-c ildə Qara dəniz sahillərində yaşayan abadzex əsilli ailədə dünyaya gəlmişdir. Ailənin ondan başqa, sonrakı illərdə yüksək vəzifəli Osmanlı məmurları ilə evlənən Tərandil və Ceylanmələk adlı 2 qızı daha vardı. Davam edən müharibələr səbəbilə ailə Osmanlı torpaqlarına köç etmiş, ailənin hər 3 qızı da Osmanlı sarayına təslim edilmişdi. Nəhayət, Osmanlı hərəmində gözəlliyi ilə məşhurlaşan Rəftaridil xanım 4 fevral 1859-cu ildə Dolmabağça sarayında Şahzadə Muradla evləndirildi. Bu nigahdan 2 oğlu dünyaya gəlsə də, ikinci oğlu Şahzadə Süleyman körpə yaşlarında vəfat etmişdi. Ərinin 1876-cı ildə baş tutan 3 aylıq səltənəti əsnasında ikinci qadınəfəndi oldu. Əri taxtdan endirildikdən sonra isə bütün ailəsiylə birlikdə ərinin 1904-cü ildə vəfat etdiyi Çırağan sarayında yaşamağa başladı. Daha sonra 1910-cu ildə oğlu Şahzadə Mehmed Səlahəddin Əfəndi Ortaköy səmtində bir köşk alaraq ailəsini buraya köçürdü.

1924-cü ildə xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünü barədə qərarın ardından ərinin ölümü və artıq ailəylə heç bir əlaqəsinin olmaması səbəbilə övladlarıyla birlikdə sürgünə göndərilmədi. 1934-cü ildə Hatgil soyadı aldı və bir neçə il sonra 3 mart 1936 tarixində vəfat etdi.

Övladları

redaktə
  • Şahzadə Mehmed Səlahəddin Əfəndi
  • Şahzadə Süleyman Əfəndi (1866)

Mənbə

redaktə
  • Günay Günaydın (2006). Haremin son gülleri. Mevsimsiz Yayınları. ISBN 978-9944-987-03-5
  • Bir Çerkes prensesinin harem hatıraları. L & M. 2004. ISBN 978-975-6491-31-7
  • Christopher Buyers. "The Royal Ark – Royal and Ruling Houses of Africa, Asia, Oceania and the Americas". 4dw.net
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəftaridil_Qadınəfəndi&oldid=7890977"
LOVE.AZ