Rəhilə Möhbalı qızı Bəndəliyeva (4 may 1958, Kurud, Qafan rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2007).
Rəhilə Bəndəliyeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 may 1958(1958-05-04) (67 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1977-ci ildən |
Mükafatları |
![]() |
Rəhilə Möhbalı qızı Bəndəliyeva 1958-ci il may ayının 4-də Zəngəzur mahalının Qafan rayonun Kurud kəndində anadan olmuşdur.[1] Bakı şəhərindəki 196 nömrəli orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olmuş və oranı 1981-ci ildə bitirmişdir.[2]
1977-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki "Lalə" qızlar ansamblında ifaçılıq sənətinə başlamış, ansamblın aparıcı müğənnilərindən biri olmuşdur. Azərbaycan Dövlət Konsert Birliyində, Azərbaycan Muğam Teatrında çalışmışdır. 2014–2016-cı illərdə Müdafiə Nazirliyinin Mahnı və Rəqs Ansamblının solisti olmuşdur.
Əməkdar artistin ifasında muğamlar, Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. "Lalə" qızlar ansamblı haqqında çəkilmiş filmdə yer almışdır. Segah muğamının tanınmış ifaçılarından biridir. Azərbaycanın bütün şəhər və rayonlarında konsert proqramları ilə çıxış etmişdir. Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, Orta Asiya və Qazaxıstanın şəhərlərində bir çox qastrol səfərlərində olmuşdur.
Əməkdar artist Rəhilə Bəndəliyevanın 65 illik yubileyi ilə əlaqədar onun yaradıcılığına həsr olunmuş "Nəğməkar qız" kitabı nəşr olunmuşdur (müəllif Nəsibə İsrafilqızı, ön sözün müəllifi Xalq şairi Vahid Əziz, məsləhətçi Xalq şairi Nəriman Həsənzadə, rəyçi akademik Nizami Cəfərov. Bakı, 2024. – 232 səh.).