Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Qeybullayeva Rəhilə Məmməd qızı (30 yanvar 1961) — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri.
Rəhilə Qeybullayeva | |
---|---|
Rəhilə Məmməd qızı Qeybullayeva | |
Doğum tarixi | |
Vətəndaşlığı |
![]() |
Rəhilə Qeybullayeva 1966-cı ildə Zaqatala şəhər 1 № li orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1976–1981-ci illərdə M. F. Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunda rus dili və ədəbiyyatı ixtisası üzrə oxumuşdur. 1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Süjetdə dinamiklik və sabitlik" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututunda "Müqayisəli tipologiya və ədəbiyyat tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
UNESCO-nun "Müxtəlifliklərdə birlik: mədəniyyətlər arasında dialoq…" layihəsi üçün 15 yanvar-15 may 2003-cü illərdə qrant layihəsini udmuşdur. (London Universiteti: AHRB, Centre for SOAS and UCL)
Azərbaycan Komparativ Ədəbiyyatşünaslıq Assosoasiyasının sədri, Kyoto Prize rəsmi nominatoru, Mədəniyyətlər Tarixi beynəlxalq cəmiyyətinin yaradıcılarından biri və üzvüdür. Belçika (International Society for Cultural History Founding member), SJI (Beynəlxalq Elmi Jurnal), Communication & Media seriyası üzrə redaksiya şurasının eksperti (ABŞ), (Scientific Journal International, Editorial Review Board, Communication & Media, Harvard CESS (Harvard Mərkəzi Avrasiya və Qafqaz Araşdırmaları, ABŞ), IAPL (Beynəlxalq filosoflar və ədəbiyyatşünaslar assosiasiyası, ABŞ)