. Love.az

Rehim Babayev - Wikipedia - Love.az

Ana Səhifə - Rehim Babayev

Rəhim Sadıq (Sadıx) oğlu Babayev (19 oktyabr 1930, Bakı – 20 iyul 2010, Bakı) — Azərbaycan fleytaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2008).

Rəhim Babayev
Ümumi məlumatlar
Doğum tarixi 19 oktyabr 1930
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 iyul 2010 (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Fleyta ifaçısı
Fəaliyyət illəri 1952–2010
Musiqi aləti Fleyta
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20082008
"Əməkdə fərqlənməyə görə" medalı — 19591959

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Mənbə

Həyatı

redaktə

Rəhim Babayev 19 oktyabr 1930-cu ildə Bakıda anadan olmuşdur. 1973-cü ildə Ə.İsgəndərovun sinfində Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1952-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin, 1978-ci ildən həmçinin Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti olmuşdur. 1958–2010-cu illərdə pedaqoji fəaliyyət göstərmişdir.

Rəhim Babayev 20 iyul 2010-cu ildə Bakıda vəfat etmişdir.

Mükafatları

redaktə
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 17 sentyabr 2008[1]
  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-02.

Mənbə

redaktə
  • Babayev Rəhim Sadıq oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 586. ISBN 978-9952-441-05-5.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəhim_Babayev&oldid=6680851"
LOVE.AZ