. Love.az

Rehimli Kelbecer - Wikipedia - Love.az

Ana Səhifə - Rehimli Kelbecer
Bu adın digər istifadə formaları üçün bax: Rəhimli.
Bu məqalə Aşağı Xaç ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Rəhimli (əvvəlki adı: Aşağı Xaç[1], Aşağıxaç[2]) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.[3]

Rəhimli
40°09′43″ şm. e. 46°04′04″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Kəlbəcər rayonu
Xəritəni göstər/gizlə
Rəhimli xəritədə
Rəhimli
Rəhimli
Rəhimli xəritədə
Rəhimli
Rəhimli

Mündəricat

  • 1 Coğrafiya
  • 2 Tarixi
  • 3 Yaylaqlar, bulaqlar, məşhur yerlər
    • 3.1 Yaylaqlar
    • 3.2 Bulaqlar
    • 3.3 Məşhur yerlər
  • 4 İstinadlar

Coğrafiya

redaktə

Rəhimli kəndi Tərtər çayın sahilində, dağətəyi ərazidə yerləşir[4].

Tarixi

redaktə

Bu kəndin bünövrəsini Çaykənd kəndindən köçmüş bir neçə ailə qoyub. Həmin ailələr heyvandarlıqla məşğul olurmuşlar. Kəndin əvvəlki adı AşağXaç olub. 1992-ci ildə kəndin adı dəyişdirilərək onun bünövrəsini qoyan Alxanov Rəhim Ocaqverdi oğlu şərəfinə Rəhimli adlandırılmışdır. Oğlu Alxanov Köçəri isə Kəlbəcərdə sayılıb–seçilən adamlardan olub. Kənd əhalisi Kürdlərin Azərbaycan dilində danışan Alxasi tayfasına mənsubdur.

Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi[5]. İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qələbəsindən sonra imzalanmış Üçtərəfli bəyanat əsasında Kəlbəcər rayonu 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılmışdı[6].

Yaylaqlar, bulaqlar, məşhur yerlər

redaktə

Yaylaqlar

redaktə

Rəhimli kəndinə məxsus olan bu yaylaqlar var: Behbudbəyin ağqayasının yurdu, Alagöllər yaylağı, Sudəyənqaya yurdu, Söyüdlü yaylağı, Qara Nəsibin yurdu, Mustafanın yurdu, Alıquluağanın yurdu, Taxtadüz yurdu, Sarıbulaq yurdu, Ketilərdüşən yurd, Əsəd bəyin yurdu, Mədinəli dərəsinin yurdu, Novruzdüşən göl yurdu[2].

Bulaqlar

redaktə

Rəhimli kəndinə məxsus olan bu bulaqlar var: Zeynalın bulağı, Novlu bulaq, Bərk bulaq, Nəcəfölən bulaq, Korca bulaq, Lazımin bulağı, Gölmə bulaq[2].

Məşhur yerlər

redaktə

Rəhimli kəndinə məxsus olan bu məşhur yerlər var: Tələlər, Ortaburun, Qırmızıqaya, Güneyinboynu, Biçənəklər, Şişin döşü (dağ), Uzuntala, Hacı Əmrahın yurdu, Kərimin biçənəyi, Mustafanın darı yeri, Heydərin yeri, Xaça yolaşan, Xanışın yeri, Ağkaha, Hüseynalının çüxuru, Sarıburun, Qaradaşın dərəsi, Qaramalıx, Suduran, Həşəriyyə, Qarağatlıqobu, Əsgərin kahası, Elyolu, Sarının yurdu, Mis, Bulağınbaşı, Yatalğalar[2].

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. 57–58.
  2. ↑ 1 2 3 4 MƏZAHİR TƏHMƏZOV. KƏLBƏCƏR. Ensiklopedik məlumatlar. Elmi puplisist kitab. Bakı: Elm. 2013. Səhifələr 155, 129. ISBN 978-9952-453-11-9.
  3. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  4. ↑ AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ. BİRİNCİ CİLD. BAKI: ŞƏRQ-QƏRB. Redaktor: Rübabə Əliyeva. Tərtibçilər: Rübabə Əliyeva, Qara Məşədiyev, Etibar İnanc, Tünzalə Baxşıyeva, Şəms Qocayeva. Rəyçilər: İsmayıl Məmmədov, Fikrət Xalıqov. 2007. Səhifə 55. ISBN 978-9952-34-155-3.
  5. ↑ "Ermənistanın kapitulyasiyası nəticəsində işğaldan azad olunmuş Kəlbəcər rayonu bu gün yenidən qurulur, bərpa edilir". AZƏRTAC. 26.11.2021.
  6. ↑ "Kəlbəcər rayonunun Tağılar kəndi FOTO". AZƏRTAC. 26.03.2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəhimli_(Kəlbəcər)&oldid=8079460"
LOVE.AZ