. Love.az

Rehman Haciyev Jurnalist - Wikipedia - Love.az

Ana Səhifə - Rehman Haciyev Jurnalist
Bu məqalə ictimai şəxs haqqındadır. Futbolçu üçün Rəhman Hacıyev (futbolçu) səhifəsinə baxın.

Rəhman Tofiq oğlu Hacıyev və ya Rəhman Hacı (17 aprel 1980, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri.[1][2]

Rəhman Hacıyev
Doğum tarixi 17 aprel 1980 (45 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Bakı Dövlət Universiteti (1997-2003)
IE Business School (2019-2020)
Fəaliyyəti jurnalist, baş redaktor, idarəçi
Fəaliyyət illəri 2002-indiyədək
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20202020[1]
qdf.az

Mündəricat

  • 1 Bioqrafiya
  • 2 Biblioqrafiya
    • 2.1 Kitablar
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Bioqrafiya

redaktə

Rəhman Tofiq oğlu Hacıyev 17 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub.[3]

1987-1997-ci illərdə Bakı şəhəri, 63 saylı orta məktəbdə oxuyub. 1997-2003-cü illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. Və universiteti qırmızı diplomla bitirib.[3]

2002-2008-ci illərdə MBASK Sığorta Şirkətinin İdarə Heyətinin üzvü olmaqla həmin şirkətdə müxtəlif vəzifələrdə işləyib.[3] 2008–2018-ci illərdə “Media Prima” şirkətinin təsisçisi, məşhur yazar Qrem Uilsonla bərabər bir sıra kitab layihələrinin həyata keçirilməsində məsləhətçi və redaktor qismində iştirak edib.[4][5]

2009-2021-ci illərdə “The First News” İnformasiya Agentliyinin (1news.az) baş redaktoru və direktoru vəzifəsində çalışıb.[3][6] Həmçinin, 2011-2021-ci illərdparalel olaraq ə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.[3][6]

2016-2021-ci illərdə Azərbaycanda ən böyük həvəskar futbol turnirlərini təşkil edən MFL SPORTS MMC (www.mfl.az) şirkətinin direktoru və həmtəsisçisi kimi futbolu və sağlam həyat tərzini təbliğ edib.

2018-ci ildən indiyə kimi Sabah Futbol Klubunun İdarə Heyətinin üzvüdür.[7]

Həmçinin, 2018-ci ildən Azərbaycan Respublikası Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.

2020-ci ilin 22 iyulunda Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Əməkdar Jurnalist" adına layiq görülüb.[1]

4 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilib.[2]

Azərbaycanda istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə keçirilən "Yüksəliş" müsabiqəsinin əsas mentorlarından biri olub.[8][9]

Nigar Əli ilə ailəlidir, 2 qızı var.[10]

Biblioqrafiya

redaktə

Kitablar

redaktə

(məsləhətçi və redaktor)

  • Ilham: Portrait of a President (2011) [5][4] ISBN 9789948152897
  • Heydar, the Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan (2013) [11] ISBN 9780957680807
  • Azerbaijan Democratic Republic: A Dream that Never Died (2018) ISBN 9789948242604

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 11 mart 2022 tarixində arxivləşdirilib.
  2. ↑ 1 2 "R.T.Hacıyevin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 16 mart 2022 tarixində arxivləşdirilib.
  3. ↑ 1 2 3 4 5 "İdarə Heyətinin sədri". qdf.gov.az (az.). 8 mart 2022 tarixində arxivləşdirilib.
  4. ↑ 1 2 "Ilham: Portrait of a President" (PDF). ebooks.az (ingilis). Media Prime. 11 mart 2022 tarixində arxivləşdirilib (PDF). Executive Editors: Rahman T. Hajiyev
  5. ↑ 1 2 "Ilham: Portrait of a President - Graeme Wilson; Faik Bagirov; Rahman Hajiyev;". www.foyles.co.uk (ingilis). 11 mart 2022 tarixində arxivləşdirilib.
  6. ↑ 1 2 "Рахман Гаджиев: «Главное: не отступать и не сдаваться»". 1news.az (rus). 16 mart 2022 tarixində arxivləşdirilib. Интервью газеты New Baku Post c руководителем 1news.az и главным редактором газеты «Бакинский рабочий» Рахманом Гаджиевым.
  7. ↑ "Müşahidə şurası" (ingilis). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 apr 2022.
  8. ↑ "Rəhman Hacıyev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb". yukselish.az (az.). 16 mart 2022 tarixində arxivləşdirilib.
  9. ↑ "Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb". azertag.az (az.). 18 yanvar 2021 tarixində arxivləşdirilib.
  10. ↑ Magazine, Nargis. "Mənim ailəm: Rəhman Hacı". Nargis magazine | Журнал Nargis (ingilis). 2017-10-13. 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  11. ↑ "Heydar, the Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan" (PDF). ebooks.az (ingilis). Media Prime. 11 mart 2022 tarixində arxivləşdirilib (PDF). Executive Editors: Faik Bagirov and Rahman Hajiyev

Xarici keçidlər

redaktə
  • Simonyan və Solovyov Qarabağ Dirçəliş Fondunun sədrinin hesabını BLOKLADI - FOTO
  • De Byazi də eyni nəticəyə görə kənarlaşdırılmalı idi" - Rəhman Hacı AFFA-nın qərarını tənqid etdi - FOTO
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəhman_Hacıyev_(jurnalist)&oldid=8024030"
LOVE.AZ