. Love.az

Rena Efendizade - Wikipedia - Love.az

Ana Səhifə - Rena Efendizade

Rəna Mahmud qızı Əfəndizadə (29 noyabr 1929, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979).

Rəna Əfəndizadə
Şəxsi məlumatlar
Doğum tarixi 29 noyabr 1929 (95 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
İşləri və nailiyyətləri
Mükafatları "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979
"Şöhrət" ordeni — 20002000 2-ci dərəcəli "Əmək" ordeni — 20192019 "Şərəf nişanı" ordeni — 19861986

Həyatı

redaktə

Rəna Əfəndizadə 29 noyabr 1929-cu ildə Bakıda anadan olmuşdur. 1954-cü ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1963-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işləməyə başlamış, 1989–1998-ci illərdə şəhərsalma və müasir memarlıq şöbəsinə rəhbərlik etmişdir. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü olmuşdur.[1][2]

Rəna Əfəndizadə bir sıra yaşayış evlərinin layihə müəllifidir. Azərbaycan və Bakının memarlığı və şəhərsalma məsələlərinə həsr olunmuş 50-dən artıq əsərin, eləcə də 5 monoqrafiyanın müəllifidir.[2]

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
  • "Şərəf nişanı" ordeni — 1986
  • "Şöhrət" ordeni — 19 aprel 2000[3]
  • Akademik Mikayıl Hüseynov mükafatı — 2012
  • 2-ci dərəcəli "Əmək" ordeni — 28 noyabr 2019[4]

İstinadlar

redaktə
  1. ↑ "Prezidentdən Rəna Əfəndizadə ilə bağlı Sərəncam". xezerxeber.az. 28 noyabr 2019. 21 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.
  2. ↑ 1 2 "Müasir memarlıq — Əfəndizadə Rəna". uaa.az. Azərbaycan Memarlar İttifaqı. 14 oktyabr 2016. 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.
  3. ↑ "Azərbaycan memarlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 19 aprel 2000. 21 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.
  4. ↑ "R.M.Əfəndizadənin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 28 noyabr 2019. 21 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəna_Əfəndizadə&oldid=7814694"
LOVE.AZ