. Love.az

Reqs Eden Ev - Wikipedia - Love.az

Ana Səhifə - Reqs Eden Ev

Rəqs edən ev — Praqa şəhərində ofis binası. Dekonstruktivizm üslubunda tikilmiş iki silindr şəkilli qüllədən ibarətdir. Qüllənin biri normal, digəri isə destruksiya olunmuş formadadır. Rəqs edən ev rəqs edən cütlüyün memarlıq metaforası hesab olunur. Çox vaxt binanı "Cincer və Fred" adlandırırlar. Silidrdən biri, xarici görünüşcə qadını xatırladır. Onun orta hissəsi nazik olduğundan məhz rəqs edən Cincer Rocers xatırladır. Digər bina isə yuxarıya doğru genişləndiyindən kişi fiqurasını simvolizə edir və Fred Asterə bənzədilir.[1]

Rəqs edən ev
Tančící dům
Ölkə Çexiya
Şəhər Praqa
Arxitektura stili Dekonstruktivizm
Memarları Vlado Miluniç və Frenk Qeri
İnşası 1992—1996 illər
Rəqs edən ev (Praqa)
Nöqtə
Rəqs edən ev
Rəqs edən ev Vikianbarda

Ev Praqa 2 rayonunda yerləşir. Resslov küçəsində yerləşən bu tikilinin memarları: xorvat Vlado Miluniç və kanadalı Frenk Qeridir. İnşaat işləri 1992–1996-cı illər arasında davam etmişdir.[2] Binanın tikintisini Vatslav Havel maliyyələşdirib. Bina ofislər mərkəzi kimi fəaliyyət göstərir. Bir çox beynəlxalq kompaniyaların ofisləri məhz bu binada yerləşir. Tikilinin damında "La Perle de Prague" adlı fransız restoranı fəaliyyət göstərir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Şəkillər
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Rəqs edən ev amerika aviasiyasının Praqanı bombalayan zamanı dağılan binanın yerində tikilib. Bina neoklassisizm üslubuna aiddir. 1960-cı ildə artıq binanın tikilməsi ideyası var idi. Məhz bu fikri binanın yaxınlığında yaşayan Vatslav Havel irəli sürmüşdür.[3]

Şəkillər

redaktə
  •  
  •  
  •  
  •  
  •  

İstinadlar

redaktə
  1. ↑ "Dancing House in Prague - "Ginger and Fred"". 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-28.
  2. ↑ Nationale-Nederlanden BuildingFrank O. Gehry, The Architect's Studio. Digital catalog of the Henry Art Gallery at arcspace
  3. ↑ "Tančící dům muzeem moderní architektury". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-28.

Xarici keçidlər

redaktə
  Vikianbarda Rəqs edən ev ilə əlaqəli mediafayllar var.
  • Dancing House Prague by Frank Gehry
  • Radio Prague article with Vlado Milunic
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəqs_edən_ev&oldid=6831046"
LOVE.AZ