Rəqs edən meşə (rus. Танцующий лес) — Rusiyanın Kalininqrad vilayətində, Kurş dilində yerləşən qeyri-adi şam meşəsi. Digər meşələrdən fərqli olaraq Rəqs edən meşədə ağaclar müxtəlif formalar (ürək, halqa və s.) əmələ gətirir.[1] Ağacların bu formada olmasının səbəbi bilinmir.[2] Bir versiyaya görə ağacların bu vəziyyətdə olmasının səbəbkarı Rhyacionia buoliana növündən olan güvədir.[3] Yerli versiyaya görə Rəqs edən meşə qumların hərəkətini izləyir.[1]
Rəqs edən meşə | |
---|---|
rus. Танцующий лес | |
![]() | |
Yerləşməsi | |
55°10′48″ şm. e. 20°51′43″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Vilayət | |
Yerləşməsi | Kurş dili |
![]() |
Bənzər meşələr Qazaxıstan və Danimarkada da var.[4]
Ağaclar 1960-cı illərdə əkilib.[2] İkinci dünya müharibəsindən öncə nasistlər bu ərazidən planerizm üçün istifadə edirdilər.[2]