. Love.az

Resuliler Sulalesi - Wikipedia - Love.az

Ana Səhifə - Resuliler Sulalesi
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Rəsulilər sülaləsi — Əyyubilərin Ərəbistan yarımadasının cənub əyalətlərindən çəkilmələrindən sonra Yəmən və Hədrəmutda hökm sürən (1229–1454) türk-müsəlman xanədan.

Tarixi dövlət
Rəsulilər sülaləsi
Bayraq
Bayraq
1229[1] — 1454

Paytaxt Zəbid
Dil ərəb dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Rəsulilər sülaləsi cənublu ərəblərin əfsanəvi atası Kəhtanın soyundan gəldiklərini iddia etməklə yanaşı, oğuz kökənliydilər. Xanədanın qurucusu Rəsul Abbasi xəlifəsinin elçisi idi. Oğlu Əli Yəmənin son Əyyubi hökmdarı Məsud Səlahəddin dönəmində (1215–1229) Məkkə valisi, sonradan bütün ölkənin başçısı olmuşdur. Rəsulun nəvəsi I Ömər bin Əli (1229–1250) öncə Yəmənin qərbindəki Zəbid şəhərinə yerləşsə də, sonralar dağlıq iç bölgələrə daşınaraq Sənanı Rəsulilər sülaləsinin mərkəzi etmişdir. Hicazın 1252-ci ildən sonra Məmlüklərin hegemonluğu altına girməsinə qarşı, Məkkənin idarəsini əlində tutdu.

İki əsr içində Yəmən önəmli və zəngin bir müsəlman dövlətinə çevrildi. Rəsulilər sülaləsi hökmdarı 1258-ci ildə xəlifə unvanı aldı. Çin, Hindistan və Seylonla (bu gün Şri Lanka) siyasi və ticari əlaqələr qurdu. Ədən limanının açılması xarici ticarətin canlanmasını təkan verdi, amma məmlüklər XIV əsrin ortalarında Məkkədə yaşanan qarışıqlıqlardan yararlanaraq Rəsulilərin daxili işlərinə qarışmağa başladılar. Səlahəddin Əhməd (1400–1424) bir müddət hakimiyyəti yenidən ələ aldısa da daxili çəkişmələr, kölə ayaqlanmaları və vəba xanədanın çöküşünü sürətləndirdi. Son Rəsuli hökmdarı güclənən Tahirilər qarşısında 1454-cü ildə taxtdan çəkildi və Osmanlıların əlinə keçdiyi XVI əsrədək Yəmən Tahirilərin hegemonluğu altında qaldı.

Həmçinin bax

redaktə
Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. ↑ Rasulid dynasty // Encyclopædia Britannica (ing.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəsulilər_sülaləsi&oldid=7682266"
LOVE.AZ