. Love.az

Revan Fk - Wikipedia - Love.az

Ana Səhifə - Revan Fk

"Rəvan" futbol klubu — fəaliyyətini dayandırmış Azərbaycan futbol klubu.

Rəvan FK
Loqonun şəkli
Klubun tam adı Rəvan Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Aslanlar"
Rəng(lər) qırmızı-sarı
Yaranma tarixi 2007 (18 il əvvəl) (2007)
Stadionu Bayıl stadionu
Tutumu 5,000
Baş məşqçisi Azərbaycan Bəhmən Həsənov
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Rəvan futbol klubu 2007-cu ildə yaranıb, 2010-2011 mövsümündə Azərbaycan Birinci Liqasında ikinci yeri tutaraq Premyer-Liqaya vəsiqə qazanıb. 2011/2012 mövsümündə premyer-liqada debüt edib və 8-ci yeri tutub. Ev oyunlarını Dalğa Arena stadionunda keçirir. Klubun əsas məqsədi ilk altılığa düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. "Rəvan" 2011-ci ildə Azərbaycan 1-ci divizionunda gümüş medalını qazanmışdır.[1] "Rəvan" FK 2011/12 mövsümündə Premyer Liqada debüt edərək, yekunda 8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vuran "aslanlar”, 2013/2014 mövsümünün yekunlarına əsasən, I diviziona düşmüşdür.

2014/2015-ci il mövsümündə I divizionun bürünc medallarını qazanan “aslanlar” Premyer Liqaya yüksəliblər.

"Rəvan" FK-nın ən böyük uğuru 2010/11 mövsümündə Azərbaycan I divizionunda gümüş medallara sahib çıxması və 2013/14 mövsümündə Azərbaycan kubokunun yarımfinalçısı olmasıdır.[2]

İstinadlar

redaktə
  1. ↑ "Klub haqqında". 2013-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.
  2. ↑ "Klub haqqında". 2013-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-29.

Xarici keçidlər

redaktə
  • Rəsmi saytı Arxivləşdirilib 2011-09-25 at the Wayback Machine  (az.)  (ing.)
  • Rəsmi facebook səhifəsi  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rəvan_FK&oldid=8003010"
LOVE.AZ