. Love.az

Rasi - Wikipedia - Love.az

Ana Səhifə - Rasi

Raşi (ivr. ‏רש"י‏‎) — eramızın 11-ci əsrində Fransada yaşamış yəhudi ravvindir. 1040-cı ildə anadan olub, 1105-ci ildə vəfat edib.

Raşi ravvin Şlomo itzhaki sözlərinin (ivr. ‏רבי שלמה יצחקי‏‎) qısaltmasıdır.

O, Tövratı şərh edən və yəhudilikdə indiyə qədərki ən mühüm yazılardan biri hesab edilən kitaba görə məşhurlaşdı.

Rəşi bütün ivrit kitablarını, Tövratı, Tanaxı və Talmudu öyrənmiş, müqəddəs yazıların hər bir ayəsinə öz təfsirini yazmışdır. Müasir Tövrat vərəqlərinin əksəriyyətində Raşinin şərhi də səhifənin kənarlarında yer alır.[1][2]

Bu gün tefilin bağlamaq üsulu da Raşinin təklifidir və bütün yəhudi dünyasında qəbul edilmiş bir adətdir.[3]

İstinadlar

redaktə
  1. ↑ "HebrewBooks.org -בבלי - מסכת ברכות דף ב עמוד א". www.hebrewbooks.org. İstifadə tarixi: 2025-04-29.
  2. ↑ "רש"י". www.daat.ac.il. İstifadə tarixi: 2025-04-29.
  3. ↑ "Synoptic Tefillin". Random Groovy Bible Facts (ingilis). İstifadə tarixi: 2025-04-29.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Raşi&oldid=8140548"
LOVE.AZ