. Love.az

Rabiye Sermi Sultan - Wikipedia - Love.az

Ana Səhifə - Rabiye Sermi Sultan

Rabiyə Şərmi Sultan (Osmanlıca: رابعه سلطان 1698–1732) Osmanlı padşahı I Əbdülhəmidin anası və Sultan III Əhmədin arvadı.

Rabiyə Şərmi Sultan
Ida Kovács
Şəxsi məlumatlar
Doğum tarixi 1698
Doğum yeri Macarıstan
Vəfat tarixi 1732
Vəfat yeri İstanbul, Osmanlı İmperiyası
Dəfn yeri
  • Yeni Məscid
Həyat yoldaşı III Əhməd
Uşaqları I Əbdülhəmid, Zeynəb Sultan, Rabiyə Sultan
Ailəsi Osmanlı xanədanı

Həyatı

redaktə

Rabiyə Şərmi Sultan əslən macar idi və əsl adı İda Kovaç idi. 1732-ci ildə vəfat edəndə oğlunun hələ 7 yaşı var idi. Oğlu I Əbdülhəmid anasının vəfatından 42 il sonra taxta çıxmış, bu səbəblə validə sultan olmamışdır. İstanbulda yerləşən Yeni Məscidin Turhan Validə Sultan türbəsində dəfn edilmişdir.

Övladları

redaktə
  • Zeynəb Sultan, (8 aprel 1714–25 mart 1774) — 21 oktyabr 1727-ci ildə Mustafa Paşa, 1765-ci ildə isə Məlik Mehmed Paşa ilə ailə qurmuşdur. İlk evliliyindən bir oğlu vardı.
  • Rabiyə Sultan (19 noyabr 1719–28 oktyabr 1721)
  • I Əbdülhəmid (20 mart 1725–7 aprel 1789)

Həmçinin bax

redaktə
  • Validə sultanlar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rabiyə_Şərmi_Sultan&oldid=6906256"
LOVE.AZ