. Love.az

Rafiq Elekber - Wikipedia - Love.az

Ana Səhifə - Rafiq Elekber
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 39 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Rafiq Ələkbər (25 aprel 1964, Allar, Yardımlı rayonu) — Azərbaycan yazıçısı.

Rafiq Ələkbər
Doğum tarixi 25 aprel 1964(1964-04-25) (61 yaş)
Doğum yeri
  • Allar, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı, müşavir[d]
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Beynəlxalq Prokurorlar Assosiasiyası
Mükafatları "Qızıl qələm" mükafatı (Azərbaycan SSR)

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
    • 2.1 Elmi fəaliyyəti
  • 3 Əsərləri
  • 4 Mükafatları
  • 5 İstinadlar

Həyatı

redaktə

Rafiq Ələkbər oğlu Əliyev 25 aprel 1964-cü ildə Yardımlı rayonunun Allar kəndində anadan olmuşdur.[1] 1971-ci ildə həmin kənddə orta məktəbdə oxumağa başlamış, 1981-ci ildə orta təhsilini başa vurmuşdur.

1982–1984-cü illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbul olunmuş, bu orqanın müxtəlif sahələrində prokuror vəzifəsində çalışmış, ədliyyə müşaviri rütbəsinə qədər yüksəlmişdir.

Fəaliyyəti

redaktə

Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü olmuşdur. Assosiasiyanın təşkil etdiyi elmi kurslarda müvəqqəqiyyətlə iştirak etmiş, fəaliyyəti müsbət qiymətləndirilmişdir.

Elmi fəaliyyəti

redaktə

Ədəbi yaradıcılıqla keçən əsrin 80-ci illərində məşğul olmağa başlamışdır. 1999-cu ildə "Səndən ayrılanı, səndən küsəni" adlı ilk şeir kitabı çapdan cıxmışdır.

2017-ci ildə Türkiyədə çap edilən ədəbi əsərləri, o cümlədən "İrfani aşk" şeirlər kitabına görə 2019-cu ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası mədəniyyəti və ədəbiyyatında göstərdiyi xidmətlərə görə həmin Akademiyanın Fəxri Doktoru seçilmiş və Elmlər Akademiyasının Beynəlxalq Qızıl Ulduz medalı ilə təltif edilmişdir.[mənbə göstərilməlidir] 2021-ci ildə həmin Akademiya tərəfindən Türk dünyasının Fəxri Ziyalısı seçilmiş və Atatürk Beynəlxalq Sülh mükafatı ilə təltif olunmuşdur.[mənbə göstərilməlidir] 2021-ci ildə çap olunmuş "Savalanla üz-üzə" kitabına görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən 2022-ci ildə İlin şairi seçilmiş, dünya mədəniyyəti və ədəbiyyatına verdiyi tövhələrə görə Avropa Şərəf Ordeni ilə təltif edilmişdir.[mənbə göstərilməlidir] 2023-cü ildə tənqidçi-ədəbiyyatşünas Hikmət Məlikzadənin "Rafiq Ələkbər yaradıcılığında ədəbi zərurət" adlı monoqrafiyası çapdan çıxmış, bu monoqrafiyada Rafiq Ələkbərin yaradıcılığı müxtəlif aspektlərdən geniş təhlil olunmuşdur.[2]

Əsərləri

redaktə
  1. 2003-cü ilə "Mən Tanrı yolçusuyam"
  2. 2005-ci ildə "Ruhum əbədiyyətim"
  3. 2007-ci ildə "Eşq qəlbin ruhudur"
  4. 2007-ci ildə "Əsgər ac qalmayacaq"
  5. 2008-ci ildə "Seçilmiş əsərləri" şeirlər toplusu
  6. 2011-ci ildə "İlahi nur"
  7. 2015-ci ildə "İrfan və eşq görüşləri"
  8. 2017-ci ildə "İrfani aşk "
  9. 2021-ci ildə "Savalanla üz-üzə"

Mükafatları

redaktə
  • "Qızıl Qələm" mükafatı
  • "Ustad sənətkar" mükafatı
  • "Araz" ədəbi mükafatı
  • Beynəlxalq Qızıl Ulduz medalı
  • Atatürk Beynəlxalq mükafatı
  • Avropa Şərəf Ordeni

İstinadlar

redaktə
  1. ↑ ""Vətən qələbələr yürüşündədir". 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
  2. ↑ "Rafiq Ələkbər yaradıcılığının təhlili". Xalqqazeti.az (az.). 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rafiq_Ələkbər&oldid=8111575"
LOVE.AZ