Rafiq Cəfər oğlu Əliyev — Azərbaycan kinooperatoru, prodüser.
Rafiq Əliyev | |
---|---|
Rafiq Cəfər oğlu Əliyev | |
Doğum adı | Rafiq Cəfər oğlu Əliyev |
Doğum tarixi | (71 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | operator |
Təhsili | |
IMDb | ID2957114 |
Rafiq Əliyev 1953-cü ildə Bakıda anadan olub. 1972–1976-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1976-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator assistenti kimi əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə Moskvada Dövlət Kino Komitəsi nəzdində ixtisasartırma kurslarında iştirak edib. 1980–1985-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində Aleksandr Qalperinin emalatxanasında təhsil alıb. Bir neçə bədii və sənədli filmin quruluşçu operatorudur. ANS televiziyasının baş operatoru çalışmışdır. Hazırda "Aranfilm" Yaradıcılıq Mərkəzinin baş operatorudur.