. Love.az

Rafiq Nagiyev Fotojurnalist - Wikipedia - Love.az

Ana Səhifə - Rafiq Nagiyev Fotojurnalist
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Rafiq Nağıyev.

Rafiq Nağıyev (22 avqust, 1935, Bakı, Azərbaycan SSR, SSRİ — 05 dekabr, 2017, Bakı) — Azərbaycan fotojurnalisti.[1]

Rafiq Nağıyev
Doğum tarixi 22 avqust 1935
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 dekabr 2017 (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan

Həyatı

redaktə

22 Avqust 1935-ci ildə Bakıda anadan olub. 4-cü sinifi bitirdiyi zaman xalası oğlu ona fotokamera hədiyyə etmiş və bununla da kiçik yaşlardan fotoqrafiyaya olan marağı artmışdır. Məktəbi bitirdikdən sonra Bakı Hərbi Kollecinə daxil olmuşdur. "Azərbaycan Gəncləri" qəzetində mətbuat fotoqrafı olaraq işə başlamışdır. Daha sonra “AzTaq” (indiki adı ilə “AzərTac”) ilə əməkdaşlıq etmişdir. Rafiq Nağıyevin Müslim Maqomayev ilə olan çəkilişləri tezliklə onları dosta çevirmişdir. Onun Şimali Afrikaya olan səyahəti zamanı flora və fauna üzrə etdiyi çəkilişlər ona təbiəti daha da sevdirmişdir. Həmçinin o, dəfələrlə mərhum prezident Heydər Əliyevin də çıxışları zaman çəkilişlər etmişdir. Rafiq Nağıyev 1974-cü ildə World Press Foto üzrə gümüş medala və 1976-cı ildə Amerikanın 200 illik şərəfinə təşkil olunmuş sərgidə qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf olmuşdur. 82 illik həyatının 53 ili fotoqrafiya ilə keçmiş Rafiq Nağıyev həmçinin Moskvada jurnalistika və fotomüxbirlik üzrə iki illik kurs bitirmişdir. 05 Dekabr 2017-ci ildə vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ "Qızıl mükafata layiq görülmüş ilk azərbaycanlı fotoqraf". www.respublica-news.az. www.respublica-news.az. İstifadə tarixi: 29 iyun 2018.[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rafiq_Nağıyev_(fotojurnalist)&oldid=6261330"
LOVE.AZ