. Love.az

Rafiq Quliyev Futbolcu - Wikipedia - Love.az

Ana Səhifə - Rafiq Quliyev Futbolcu
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Rafiq Quliyev.

Quliyev Rafiq İsrafil oğlu (5 fevral 1950, Bakı) - Sovet futbolçusu, "Neftçı" (Bakı) futbol komandasında çıxış etmiş müdafiəçi, futbol hakimi.

Rafiq Quliyev
Ümumi məlumatlar
Tam adı Rafiq İsrafil oğlu Quliyev
Doğum tarixi 5 fevral 1950 (75 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu 178
Mövqeyi müdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1968—1979 SSRİ Neftçi 231 (1)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Tərcümeyi halı

redaktə

Quliyev Rafiq İsrafil oğlu Bakı futbol məktəbinin yetirməsidir. 1967-ci ildə "Neftçi" (Bakı) komandasının əvəzedici heyətində çıxış etməyə başlamış, növbəti ildən komandanın əsas heyətində oynamışdır. Futbol üzrə SSRİ çempionatının yüksək liqasında R.Quliyevin debut matçı 5 sentyabr 1968-ci ildə Odessanın "Çernomeres" futbol klubuna qarşı olmuşdur. Həmin görüşdə "Neftçi" rəqib meydançasında 2:1 hesabı ilə qələbə qazanmışdır.[1].

R.Quliyev rəsmi oyunlarda yeganə qolunu 19 iyul 1972-ci il tarixində "Dinamo" (Tbilisi) komandası ilə Bakıda keçirilən görüşdə rəqib komandanın qapısına vurmuşdur.[2].

1969-1974-cü illərdə R.Quliyev "Neftçı" (Bakı) futbol komandasının əsas heyətinin aparıcı oyunçularından biri olmuşdur. O, sonralar müəyyən səbəblərdən əsas heyətdən kənarlaşdırılmış, 1976-cı ildən yenidən əsas heyətə qayıtmışdır. R.Quliyev oyunçu kimi karyerini 1979-cu ildə başa vurmuşdur.

R.Quliyev "Neftçı" (Bakı) futbol komandasının 231 oyun, o cümlədən yüksək liqada 163 oyun keçirmişdir.

O, gənclərdən ibarət SSRİ yığma komandasının tərkibində də çıxış etmişdir.[3].

Rafiq Quliyev 1980-ci illərdən futbol hakimi kimi fəaliyyət göstərir. O, 1984-cü ildən SSRİ-də futbol üzrə Birinci liqanın oyunlarına hakimlik etmişdir. 1988-1989-cu illərdə Yüksək Liqada 7 oyunda Baş hakim kimi çıxış etmişdir. 1987-ci ildən Bakıdan köçmüş və Moskva vilayətində məskunlaşmışdır. O, 1989-cu ildə Ümumittifaq səviyyəli hakim kateqoriyasını almışdır.

Rafiq Quliyev futbol karyerasını başa vurduqdan sonra Moskva vilayətinin Ximki şəhərində yaşayır. O, veteran futbolçulardan ibarət matçlarda da çıxış etmişdir.[4].

İstinadlar

redaktə
  1. ↑ "«Черноморец» Одесса 1 : 2 «Нефтчи» Баку". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  2. ↑ "«Нефтчи» Баку 3 : 1 «Динамо» Тбилиси". 2019-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  3. ↑ "Вспоминая легенду: Анатолий Банишевский". 2017-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  4. ↑ "16 октября сыграют ветераны России и Азербайджана". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rafiq_Quliyev_(futbolçu)&oldid=7825232"
LOVE.AZ