. Love.az

Rafiq Quliyev Icra Bascisi - Wikipedia - Love.az

Ana Səhifə - Rafiq Quliyev Icra Bascisi
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Rafiq Quliyev.

Rafiq Çəpərxan oğlu Quliyev (17 yanvar 1974, Arevis, Sisian rayonu) — Birinci Qarabağ müharibəsi veteranı, Xətai Rayonu İcra Hakimiyyətinin başçısı.[1]

Rafiq Quliyev
Xətai Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
12 noyabr 2019-cu ildən
ƏvvəlkiRazim Məmmədov
Xətai Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini
19 dekabr 2013 – 12 noyabr 2019
Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini
21 may 2012 – 19 dekabr 2013
Şəxsi məlumatlar
Doğum tarixi 17 yanvar 1974(1974-01-17) (51 yaş)
Doğum yeri
  • Arevis, Sisian rayonu, Ermənistan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Dini İslam
Hərbi xidmət
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Fəaliyyəti
  • 3 İstinadlar

Həyatı

redaktə

Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun Ərəfsə kəndində anadan olub. 1981-ci ildə Ərəfsə kənd orta məktəbində 1-ci sinifə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.

1992–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Birinci Qarabağ müharibəsi veteranıdır.

1993–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

Ailəsi

redaktə

Ailəlidir, 2 övladı var.

Fəaliyyəti

redaktə

1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.

21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Xətai rayon İcra Hakimiyyəti Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində işləmişdir. Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il sərəncamı ilə Rafiq Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[2]

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar

redaktə
  1. ↑ "R.Quliyevin Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  2. ↑ "R.Ç.Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rafiq_Quliyev_(icra_başçısı)&oldid=7947699"
LOVE.AZ