. Love.az

Rafiq Xelefov - Wikipedia - Love.az

Ana Səhifə - Rafiq Xelefov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Rafiq Rəsul oğlu Xələfov (5 iyul 1939, Bakı – 11 oktyabr 1998, Bakı) — mühəndis, Əməkdar mühəndis, dövlət xadimi[1].

Rafiq Xələfov
Azərbaycan Respublikası Baş nazirinin müavini
24 iyun 1997 – 11 oktyabr 1998
Baş nazirArtur Rasizadə
Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri
4 iyul 1979 – 2 yanvar 1989
ƏvvəlkiDadaş Asanov
Sonrakınazirlik ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyul 1939(1939-07-05)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 11 oktyabr 1998(1998-10-11) (59 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1965–)
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (–1962)
Fəaliyyəti dövlət qulluqçusu
Həyat yoldaşı
  • Rəfiqə Əliyeva
Uşağı
  • Fəxriyə Xələfova

Təltifləri Azərbaycan SSR əməkdar mühəndisi — 1982

Həyatı

redaktə

Rafiq Rəsul oglu Xələfov 1939-cu ildə anadan olmuşdur. Rafiq Xələfov 1979–1989-cu illərdə avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur.[2]

Rafiq Xələfov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirəndən sonra müxtəlif sahələrdə çalışmışdır. 1962–1965-ci illərdə "Azərtəsərrüfat" Dövlət Layihə İnstitutunda iqtisadçı, iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdı. Sonra "Azərdəniznefttikinti" trestinin baş mühəndisi vəzifəsinə irəli çəkilmişdi. 1969-cu ildə Suriyanın neft yataqlarında tikinti işlərinin aparılmasında iştirak etmək üçün bu ölkəyə ezam olunmuşdu.

Sonralar neft sənayesi tikintisi üzrə səriştə və təcrübəsini nəzərə alaraq R. Xələfovu keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin "Xəzərdənizneft" İstehsalat Birliyi baş direktorunun müavini, "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyi rəisinin müavini vəzifələrinə irəli çəkmişdilər.

Rafiq Xələfov Tovuzda və Zərdabda Kür, İmişlidə Araz, Naxçıvanda Naxçıvançay, Laçında Pircahançay, Qazaxda Ağstafaçay üzərində körpülərin salınmasında bilavasitə rəhbərlik və iştirak edib. Həmin illərdə Lökbatan-Ələt, Bakı- Sumqayıt-H. Z. Tağıyev-Giləzi magistrallarında hərəkəti tənzimləyən körpülər də salınıb.

Azərbaycanın yol tarixində ilk dəfə olaraq şose yollarının uzunmüddətli inkişaf proqramı da (1981–2000-ci illər üçün) onun rəhbərliyi ilə işlənib hazırlanmışdı.

1989–1993-cü illərdə Nazirlər Kabinətinin İşlər İdarəsində şöbə müdiri, baş nazirin müşaviri, 1993-cü ildən başlayaraq "Xalq üçün mallar" Dövlət Konserninin idarə heyətinin sədri vəzifəsində çalışıb.

1997-ci ildə Baş nazirin müavini təyin edilib.

R. Xələfov əməyinə görə orden və medallarla təltif olunmuşdu. İki çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdi.

Ailəsi

redaktə

Fəxriyyə Xələfovanın atasıdır. Rəfiqə Əliyevanın həyat yoldaşıdır.

İstinadlar

redaktə
  1. ↑ A.Qorxmaz. "Fəxriyyə Xələfovanın anası akademik seçildi - DOSYE" (az.). modern.az. 01.07.2014, 23:43. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-02.
  2. ↑ Хәләфов Рафиг Рәсул оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 466–467. ISBN 5-89600-253-x.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rafiq_Xələfov&oldid=7565752"
LOVE.AZ