. Love.az

Ramazan Xelilov - Wikipedia - Love.az

Ana Səhifə - Ramazan Xelilov

Ramazan Həmzət oğlu Xəlilov (1901 – 11 yanvar 1999) — jurnalist, tərcüməçi. professor (1995).

Ramazan Xəlilov
Doğum tarixi 1901
Vəfat tarixi 11 yanvar 1999(1999-01-11)
Fəaliyyəti jurnalist
Mükafatları "Şöhrət" ordeni — 19951995

Haqqında

redaktə

Ramazan Xəlilov 1901-ci ildə anadan olmuşdur. 1908–1914-cü illərdə Tiflisdə, 1914–1917-ci illərdə Moskvada gimnaziyada oxumuş, 1918-ci ildə "Ləzgi alayı"nın tərkibində Zaqatala, Qəbələ, Şəki və Gəncənin erməni daşnaklarından təmizlənməsində iştirak etmişdir. R. Xəlilov 1923-cü ildən jurnalistika ilə məşğul olmuş, 1933-cü ildə Moskva -Nəşriyyat İnstitutunu bitirmişdir. O, 1933–1938-ci illərdə Sankt Peterburqda yaşamış, jurnalist fəaliyyətini davam etdirmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun dəvəti ilə Bakıya gələn Ramazan Xəlilov əvvəlcə Azərbaycan Dövlət Konservatoriyasında Ü. Hacıbəyovun ədəbi katibi, 1941–1953-cü illərdə isə Azərbaycan Dövlət Konservatoriyasının rektorunun birinci müavini vəzifəsində çalışmışdır. R. Xəlilov 1975-ci ildən Üzeyir Hacıbəyovun xatirə ev-muzeyinə rəhbərlik etmişdir.

1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[1]

Ramazan Həmzət oğlu Xəlilov 1999-cu ildə vəfat etmişdir.

Həmçinin bax

redaktə
  • Üzeyir Hacıbəyovun baldızı oğludur.[2]

İstinadlar

redaktə
  1. ↑ "R. H. Xəlilovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1995-ci il tarixli, 384 nömrəli Fərmanı [ölü keçid]  (az.)
  2. ↑ Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007, səh.108.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ramazan_Xəlilov&oldid=7406709"
LOVE.AZ