Ramin Tofiq oğlu Şıxəliyev — Azərbaycan aktyoru.
Ramin Şıxəliyev | |
---|---|
Ramin Tofiq oğlu Şıxəliyev | |
Doğum tarixi | 12 iyul 1979(1979-07-12) (45 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1998-ci ildən |
Təhsili |
Ramin Şıxəliyev 1979-cu il iyul ayının 12-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Məktəb illərində 5 il icəsənət məktəbində təsil alıb. 1997-ci ildə Azərbaycan dövlət Mədəniyyət və İncəsənət univeristetinə Dram Kino aktyoru ixtisası üzrə qəbul olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino sənəti fakültəsini dram kino aktyoru ixtisası üzrə bitirib. Həmin il universitetin Sənətşünaslıq fakültəsinin Teatrşünaslıq ixtisası üzrə magistr pilləsinə qəbul olunmuşdur. 2003-cü ildə Maqistraturanı bitirmişdir
(1998–2003) "İlham" Miniatür Teatrına dəvət almış və o teatrda aktyor vəzifəsində çalışmışdır. 2003-cü ildən Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlardan biri kimi fəaliyyət göstərib. 2011-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. Bir çox dövlət tədbirlərində və əyləncəli verilişlərdə çıxış edib.
10 may 2019-cu ildə,[1] 7 may 2020-ci ildə,[2] 7 may 2021-ci ildə[3] və 8 may 2025-ci ildə[4] Prezident Mükafatına layiq görülmüşdür.
"İlham" Miniatür Teatrı (1998–2003)
Bakı Bələdiyyə Teatrı (2003–2012)
Akademik Milli Dram Teatrı (2012-ci ildən)