. Love.az

Ramin Quluzade - Wikipedia - Love.az

Ana Səhifə - Ramin Quluzade

Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri (2021-ci ildən), Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021).

Ramin Quluzadə
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri
Vəzifədədir
26 yanvar 2021-ci ildən
ƏvvəlkiOqtay Şahbazov
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
13 fevral 2017 – 26 yanvar 2021
Əvvəlkivəzifə təsis edilib
SonrakıRəşad Nəbiyev
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
15 yanvar 2016 – 13 fevral 2017
ƏvvəlkiƏli Abbasov
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
25 noyabr 2015 – 15 yanvar 2016
Əvvəlkiİltimas Məmmədov
SonrakıƏli Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1977(1977-02-01) (48 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dövlət İqtisad İnstitutu (1993–1999)
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Ramin Namiq oğlu Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri Yasamal rayon 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş, həmin institutu 1997-ci ildə bakalavr, 1999-cu ildə isə magistr pillələri üzrə bitirmişdir.[1]

Ramin Quluzadə 2005-ci ildən 2015-ci ilədək Heydər Əliyev Fondunda çalışmışdır.[1] Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmiş[2] və nazir vəzifəsini müvəqqəti icra etmişdir. 15 yanvar 2016-cı ildə həmin vəzifədən azad edilərək[3] rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.[4] 13 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirildikdən sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunmuşdur.[5]

2021-ci ilin yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilmiş[6] və Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olunmuşdur.[7]

Azərbaycan Respublikası Prezidentinin 10 may 2014-cü il tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun 10 illik yubileyi münasibətilə və Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı medalı ilə təltif edilmişdir.[8]

Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Nazir | Ramin Namiq oğlu Quluzadə". Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi. 2019-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  2. ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  3. ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  4. ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. İstifadə tarixi: 2024-08-29.
  5. ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  6. ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  7. ↑ "R. N. Quluzadənin Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. İstifadə tarixi: 2024-08-29.
  8. ↑ "Heydər Əliyev Fondu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ramin_Quluzadə&oldid=7756163"
LOVE.AZ