Ramiz Həmid oğlu Əbdülrəhimov (29 iyun 1940, Bakı) — görkəmli Azərbaycan memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının Akademiki, Avropa Memar-Akustiklər və Beynəlxalq Ekologiya Akademiyasının akademiki, memarlıq doktoru, professor, Azərbaycan əməkdar ali məktəb işçisi, Azərbaycan Dövlət Mükafatı laureatı və Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsüdür.
Ramiz Əbdülrəhimov | |
---|---|
Ramiz Həmid oğlu Əbdülrəhimov | |
![]() | |
Doğum tarixi | (84 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycanlı |
Atası | Həmid |
Elm sahəsi | memarlıq |
Elmi dərəcəsi | memarlıq doktoru |
Elmi adı | professor |
İş yerləri | Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() |
Ramiz Əbdülrəhimov 29 iyun 1940-cı il Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbavcan Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq ixtisasını bitirib. 1971-ci ildə texnika elmlər namizədi, 1996-cı ildə isə memarlıq doktoru dissertasiyalarını müdafiə edib. 1977-ci ildə dosent, 1985-ci ildə professor elmi adını alıb.
Ramiz Əbdülrəhimov pedaqoq, layihəçi memar, elmi tədqiqatçıdır. Elmi tədqiqatları memarlıq fizikası, salonların akustikası, konstruksiyaların səs izolasiyası, səs-küy ilə mübarizə və mühitin ekologiyasıdır. Eyni zamanda memarlıq tarixi və abidələrin bərpa problemi ilə çalışır Onun həyat və yaradıcılığı ilə bağlı memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin 2010-cu ildə hazırladığı "Memar Ramiz Əbdülrəhimov" adlı kitabının redaktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova onun haqqında bildirib: "Ramiz Əbdülrəhimov hələ sovet dövründən yaxşı tanınmışdır. O bu gün də memarlıq və inşaatın inkişafına töhfələr verir. Memarlıq üzrə elmi seminarın rəhbəri kimi gənc alimlərin formalaşmasında böyük zəhmət çəkir. O təcrübəli memar, gözəl alim və müəllim-professor kimi memarlıq fakültəsində çalışaraq memarlıq təhsilini müasir standartlar səviyyəsinə qaldırılması üçün aparılan reformlarda fəal iştirak edir.". Həmin kitabda AMEA-nın həqiqi üzvü, ŞÖBMA-nın prezidenti, professor Şamil Fətullayev-Fiqarov Ramiz Əbdülrəhimov haqqında yazmışdır "Ramiz Əbdülrəhimov şəxsiyyətdir! Onun maraq dairəsini və çoxtərəfli istedadını qeyd etməklə, mükəmməl müəllim, gözəl natiq və bakılılara xas olan dünyagörüşünə malik olan bir vətəndaş olmasını göstərmək lazımdır. Onun insani xüsusiyyətləri prinsipiallığında və qayğıkeşliyində özünü büruzə verməkdədir. Bir memar kimi o özünü Türkiyədə, Kiprdə, Rusiyyada, Almaniyada və digər ölkələrdə göstərmişdir" .
Memarın 70-ə yaxın layihəsi həyata keçirilib. Ramiz Əbdülrəhimovun böyük məhəbbətlə tərtib etdiyi və həyata keçməsini gözlədiyi layihələrindən biri də Türkdilli Dövlətlər Birliyi Mərkəzinin yerləşəcəyi kompleksin layihəsidir.
Şəhərsalma və Baş planlar
Digər layihələr
Ramiz Əbdülrəhimovun ümumi sayı 10 olan, səs küylə mübarizə, memarlıq akustikası və ekologiyaya bağlı araşdırma və elmi tədqiqat işləri mövcüddür. Memarlıq, memarlıq fizikası və restavrasiyaya aid 25-ə yaxın kitab, dərs vəsaitı və metodık göstərişlərin müəllifidir.6-sı Turk dilində çap olunmuşdur. 2013-cü ildə çap olunmuş beş cildli "Azərbaycan Memarlıq tarixi" adlı fundomental kitabın "Erkən Kopitalizim dövrü memarlığı"na aid 4-cü cildin müəllifidir(prof. N. Abdullaeyeva ilə birlikdə). Müxtəlif ölkələrdə 90-dan çox məqaləsı çap edilmişdir. Dünyanın bir sıra ölkələrində, 50-yə yaxın kongres və konfranslarda iştirak etmişdir.