Rasim Valeh oğlu Cəfərov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2016).[1]
Rasim Cəfərov | |
---|---|
Rasim Valeh oğlu Cəfərov | |
Doğum adı | Rasim Valeh oğlu Cəfərov |
Digər adı | Rasim Cəfər |
Doğum tarixi | (46 yaş) |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Atası | Valeh Cəfərov |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1996-cı ildən |
Təhsili | |
İstiqamət | Serial |
Mükafatları |
![]() |
IMDb | ID4518488 |
Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000).
1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub.[2] Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur.[3]
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[4]